Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-324/2022 20.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Məhdud Məsuluyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.10.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 30.03.2022-ci il tarixə yaranmış 20,7 manat əsas, 3.1 manat cərimə, cəmi 23,8 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 77.5 manat əsas, 11,6 manat cərimə, cəmi 89,1 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 271,5 manat əsas, 40,7 manat cərimə, cəmi 312,2 manat, 31.05.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 596,1 manat əsas, 89,4 manat cərimə, cəmi 685,5 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 112,5 manat əsas, 16,8 manat cərimə, cəmi 129,3 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 403,9 manat əsas, 60,5 manat cərimə, cəmi 464,4 manat, ümumilikdə 1704,3 manat (bir min yeddi yüz dörd manat otuz qəpik) məbləğində borcun və 37,04 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 08.10.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh “LG” markalı tozsorana görə 12 ay ödəniş cədvəli üzrə hər ay 22 manat olmaqla, cəmi 262,7 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə cavabdeh “Tefal” markalı doğracıya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 10 manat olmaqla, cəmi 179 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 624 manat, 31.05.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh “XİAOMİ REDMİ NOTE” markalı telefona, “XİAOMİ” markalı qulaqcığa və “Honor” markalı qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 716,1 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh “Tefal” markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 16 manat olmaqla, cəmi 289 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə cavabdeh “LG” markalı palktaryuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla, cəmi 1064 manat, ümumilikdə altı müqavilə üzrə 3134,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq sonucu ödənişi 11.09.2021-ci il tarixdə etmiş və qalıq qalmış 1482,2 manat borcu qaytarmamışdır. Cərimə məbləği 2221 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq cərimə məbləğinin 90%-i güzəşt edildiyindən cərimənin 10 %-i yəni 222,1 manat olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan 17.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “LG” markalı paltaryuyan satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 17.09.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “Tefal” markalı ütü satılmış, alıcı hər ay alqısatqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 08.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “LG” markalı tozsoran satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 11.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “Tefal” markalı doğracı satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 11.11.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “Samsung” markalı televizor satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 31.05.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsindən görünür ki, cavabdehə “XİAOMİ REDMİ NOTE” markalı telefon, “XİAOMİ” markalı qulaqcıq və “Honor” markalı qol saatı satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdehə satılan mallar tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 30.03.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdehin müqavilələr üzrə cəmi 1482,2 manat əsas, 2221 manat cərimə borcu olmaqla, ümumilikdə 3703,2 manat borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilələrdən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün onun iddiaçıya 1482.2 manat əsas, 222,1 manat cərimə borcu olmaqla, cəmi 1704,3 manat (bir min yeddi yüz dörd manat otuz qəpik) borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, hər gecikən günə ödəniş məbləğinin 1%-i dəyərində (minimum 50 qəpik) cərimə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 08.10.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 20,7 manat əsas, 3.1 manat cərimə borcu, cəmi 23,8 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 77.5 manat əsas, 11,6 manat cərimə borcu, cəmi 89,1 manat, 11.11.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 271,5 manat əsas, 40,7 manat cərimə borcu, cəmi 312,2 manat, 31.05.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 596,1 manat əsas, 89,4 manat cərimə borcu, cəmi 685,5 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 112,5 manat əsas, 16,8 manat cərimə borcu, cəmi 129,3 manat, 17.09.2020-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 403,9 manat əsas, 60,5 manat cərimə borcu, cəmi 464,4 manat olmaqla, ümumilikdə 1704,3 manat (bir min yeddi yüz dörd manat otuz qəpik) məbləğində vəsait və 37,04 manat (otuz yeddi manat dörd qəpik) ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-324/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-324/2022
20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver