Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-330/2025 14.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən 15000 manat əsas, 2508.01 manat faiz borcu olmaqla, cəmi 17508.01 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 142.53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə 15000 (on beş min) AZN kredit xətti ayrıldığını, borclu Cavabdeh kredit xətti üzrə vəsaitdən tam istifadə etdiyini, lakin kredit borcu və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini və borcunu ödəmədiyini, filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə banka borcu 15000 manat əsas, 2508.01 manat faiz borcu olmaqla, cəmi 17508.01 manat təşkil etdiyini, eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 142.53 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının ödənildiyini, Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin məhkəmədən kənar həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarxində kredit borcu ilə əlaqədar olaraq 6-2-22/2-2303/2025 saylı xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin hansı istiqamətində hər hansı tədbir görülmədiyini qeyd edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli BPM**********36 kredit müqaviləsinə əsasən 15000 manat əsas, 2508.01 manat faiz borcu olmaqla, cəmi 17508.01 manat tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 142.53 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində icraatda "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair 2(110)-330/2025 saylı mülki iş olduğunu, mülki iş üzrə xx.xx.2025-ci il tarixə məhkəmə baxışı iclası təyin edildiyini, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləyə əsasən “Bank” “Müştəri”nin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı bundan sonra – tam kart adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredeit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqına bağlı olan kart hesabı və cari hesab, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, Müştəri isə tam kart eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi Bank tərəfindən ayrılmış kreditdən təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizdən Banka ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1, 7 və 8-ci bənlərdinə əsasən “Bank” bu müqavilənin şərtlərinə uyğun olaraq “Borcalana şəxsi ehtiyaclarının ödənilməsi məqsədilə 60 ay müddətinə illik 24% olmaqla 15000 manat məbləğində kredit verilməsini öhdəsinə götürür, Borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizami filialı tərəfindən Cavabdeh illik 24 faiz dərəcəsi ilə 35 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti müqavilə ilə müəyyən olunmuş qaydad ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Cavabdeh imza etdirilməklə 15000 (on beş min) manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh Nağd kredit üzrə Banka əsas borcu 15000 manat, faiz borcu 2508.01 manat olmaqla, cəmi 17508.01 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 142.53 (bir yüz qırx iki manat, əlli üç qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 6-2-22/2-2303/2025 saylı bildiriş dən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunu 5 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Müştəriyə illik faiz dərəcəsi 24% olmaqla 35 ay müddətinə 15000 (on beş min) manat məbləğində nağd kredit verilmişdir. Müştəri isə aldığı nağd krediti müqavilədə nəzərdə tutulmuş qaydada ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. “Müştəri” kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 142.53 (bir yüz qırx iki manat əlli üç qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh Həsənov X1 Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli BPM**********36 saylı İstehlak kredit müqaviləsinə əsasən Cavabdeh kredit üzrə isə 15000.0 manat əsas borc, 2508.01 manat faiz borcu, cəmi 17508.01 manat məbləğində pul tutularaq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli BPM**********36 saylı İstehlak kredit müqaviləsinə əsasən Cavabdeh, 15000.0 (on beş min) manat əsas borc, 2508.01 (iki min beş yüz səkkiz manat bir qəpik) manat faiz borcu, cəmi 17508.01 (on yeddi min beş yüz səkkiz manat bir qəpik) manat borc və 142.53 (bir yüz qırx iki manat, əlli üç qəpik) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 17650.94 (on yeddi min altı yüz əlli manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-330/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-330/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver