Məhkəmə qərarları › İş №e-2(110)-331/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-331/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-331/2023 01.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 3291.37 manat məbləğində krеdit bоrcu, 1070.93 manat məbləğində faiz bоrcu və 282.22 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4644.52 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 66.45 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002L**********84 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit xətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) manat məbləğində kredit götürdüyünü, Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmadığını, Cavabdeh2 götürdüyü kredit borcundan 3708.63 manat ödədiyini, onun 3291.37 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 293 gün üçün hesablanmış faiz borcunun 1070.93 manat təşkil etdiyini, kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 293 gün üçün hesablanmış cərimə borcunun 282.22 manat təşkil etdiyini, uzunmüddətli kredit müqaviləsinin 3.1.2ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqavilyə vaxtından əvvəl xitam vermək, qalan krediti məbləğini faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, o həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində qeyd etmişdir ki, məhkəmənin icraatında olan e-2(110)-331/2023 saylı mülki iş üzrə iddia tələbimizi müdafiə edirik. Cavabdeh tərəfindən ödəniş edildiyindən yeni maliyyə arayışı təqdim edirik. Yeni maliyyə arayışı əsasında cavabdehin "xxxx" QSC-yə olan əsas borcu 3192.37 manat, faiz borcu 1199.53 manat, cərimə borcu 333.53 manat məbləğindədir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində xx.xx.2023-cü il tarixi saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçiriliməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 002L**********84 saylı Uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 (Kredit alan) ilə İddiaçı QSC-nin Babək filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) manat məbləğində kredit xətti açır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasından 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.0833% olmaqla 18 (on səkkiz) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” bu kredit razılaşmasını tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh2 aylıq 2.0833% faiz dərəcəsi ilə 18 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 xx.xx.2021-ci il tarixləri ərzində ayda 472.0 manat, xx.xx.2021-ci il tarixində isə 466.07 manat olmaqla, cəmi 8490.07 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 70 manat komissiya tutulmaqla 7000 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 002S**********03 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə İddiaçı QSC-nin Xırdalan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinin şərtinə əsasən Borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamami ilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən uzunmüdddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin gecikdirildikdə, verilmiş kredit məbləğinin qalığının 0.1 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəməlidir. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 002R**********SC nömrəli Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında xx.xx.2019-cu il tarixli 002L**********84 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** saylı Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2022-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Nərimanov filialı tərəfindən Cavabdeh2 aylıq 2.0833 faiz dərəcəsi ilə 24 ay müddətinə 4073.47 (dörd min yetmiş üç manat qırx yeddi qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2024 tarixləri ərzində ayda 230.78 manat, xx.xx.2024-cü il tarixində isə 234.14 manat olmaqla, cəmi 5542.08 manat pulu İddiaçı QSC-nin Nərimanov filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh2 xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə Banka 3291.37 manat məbləğində əsas borcu, 1070.93 manat faiz borcu və 282.22 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4644.52 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 4140 mömrəli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə Banka əsas borcu 3192.37 manat, faiz borcu 1199.53 manat, cərimə borcu 333.53 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 76.33 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzləri və xx.xx.2022-ci il tarixli cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının məzmunundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə xx.xx.2022-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacaqları təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, sizin banka borclu olduğunuz əsas borc, faiz borcu və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı, həmçinin ödəniləcək dövlət rüsumunun və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "AccessBank” QSC-nin Babək filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 002L**********84 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 (Kredit alan) ilə İddiaçı QSC-nin Babək filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 28% olmaqla 120 (bir yüz iyirmi) ay müddətinə 100000.00 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2019-cu il tarixli 002L**********84 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 18 (on səkkiz) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit vermiş, müqaviləyə müvafiq olaraq Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2021-ci il tarixləri ərzində ayda 472.0 manat, xx.xx.2021-ci il tarixində isə 466.07 manat olmaqla, cəmi 8490.07 manat pulu AccessBank” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda “Kredit verən” xx.xx.2020-ci il tarixdə bağlanmış 002R********** saylı Kredit razılaşması üzrə “Kredit alanın” götürdüyü kreditin qalığını və hesablanmış faizləri geri ödəməsi məqsədilə “Kredit alan”la xx.xx.2022-ci il tarixli 002R**********SC nömrəli Saziş (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlamışlar. Sazişə əsasən “Kredit alan” kredit qalığı olan 4073.47 (dörd min yetmiş üç manat qırx yeddi qəpik) manat məbləğində pulu aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 24 (iyirmi dörd) ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2024 tarixləri ərzində ayda 230.78 manat, xx.xx.2024-cü il tarixində isə 234.14 manat olmaqla, cəmi 5542.08 manat pulu İddiaçı QSC-nin Nərimanov filialına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 AccessBank” QSC-nin Babək filialı ilə “Zamin”lik müqaviləsi bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kredit verən”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin “Kredit alan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "AccessBank” QSC “Kredit alan” və “Zamin”ə qarşı birgə borclu kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 333.53 manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kredit müqaviləsi üzrə kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə 333.53 (üç yüz otuz üç manat əlli üç qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləği əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir, buna görə də cərimənin 33 (otuz üç) manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit verən” “Kredit alan” və Zaminə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3192.37 (üç min bir yüz doxsan iki manat, otuz yeddi qəpik) manat əsas borc, 1199.53 (bir min bir yüz doxsan doqquz manat əlli üç qəpik) manat faiz borcu, 33 (otuz üç) manat cərimə olaraq, ümumilikdə manat 4424.9 (dörd min dörd yüz iyirmi dörd manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı 76.33 manat dövlət rüsumu ödəsədə iddia tələbində cavabdehlərdən 66.45 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etdiyindən məhkəmə bu qənaətə gəlir ki, mülki işə iddia tələbi çərçivəsində baxılmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mülki iş üzrə tələb olunan 66.45 manat məbləğində dövlət rüsumunun 4.45 manatı iddiaçıya aid edilməli, 62.0 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli 002R********** saylı Kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3192.37 (üç min bir yüz doxsan iki manat, otuz yeddi qəpik) manat əsas borc, 1199.53 (bir min bir yüz doxsan doqquz manat əlli üç qəpik) manat faiz borcu, 33 (otuz üç) manat cərimə, cəmi 4424.9 (dörd min dörd yüz iyirmi dörd manat doxsan qəpik) manat borc və mülki iş üzrə tələb olunan 66.45 manat məbləğində dövlət rüsumunun 62.0 manatı olmaqla, ümumilikdə 4486.9 (dörd min dörd yüz səksən altı manat doxsan qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar