Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-351/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 16 dekabr 2021 il tarixli 200804-317320/1 nömrəli krеdit müqaviləsi üzrə 700.24 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 700.24 (yeddi yüz manat 24 qəpik) manat və 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Expressbank ASC-yə ödənilməsi barədə Qətnamə çıxarasınız. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində cavabdeh İddiaçı ASC ilə borcalan İddiaçı ASC ilə X2 ilə bağlanmış 16 dekabr 2021-ci il tarixli 200804-317320/1 nömrəli Kredit müqaviləsinə əsasən 19.9 faiz dərəcəsilə, 36 ay müddətinə 7000.00 (yeddi min) manat məbləğində krеdit verildiyini, X3 xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, X3 vərəsələrinin olub-olmaması araşdırılarkən, X4 dair Sumqayıt şəhəri 4 saylı notariat ofisində vərəsəlik işi açıldığının məlum olduğunu, bundan sonra Sumqayıt şəhəri 4 saylı notariat ofisinə vəkil sorğusu verildiyini və sorğu nəticəsində, X3 vərəsəsi kimi Cavabdeh tanındığını və bu barədə xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verildiyininin müəyyən edildiyini, həmin Şəhadətnaməyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən tam hissədə pay aldığını, bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərildiyini, lakin Cavabdeh xəbərdarlıq məktubunu almaqdan imtina etdiyini, bu barədə poçt xidməti tərəfindən akt tərtib olunduğunu və iddia ərizəsinə əlavə olunduğunu, nəticə olaraq Banka olan borcun ödənilmədiyini 20 fevral 2024-cü il tarixinə kredit müqaviləsi üzrə 700.24 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 700.24 (yeddi yüz manat 24 qəpik) manat məbləğində kredit bоrcu yarandığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 16 dekabr 2021-ci il tarixli, 200804-317320/1 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən X5 ilə İddiaçı ASC-nin Sumqayıt filialı arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1, 1.2, 1.3-ci bəndinə əsasən “Bank” “Borcalana” şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 19.9 % olmaqla 36 (otuz altı) ay müddətinə 7000.00 (yeddi min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 35 (otuz beş) manat kredit məbləğinin nağd çıxarılmasına görə 35 (otuz beş) manat komisyon haqqı ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Bu müqavilə üzrə Əsas borc və faizlər ödəniş cədvəlinə (Əlavə nömrə 1) əsasən Borcalanın Bankdakı AZ02AZEN******************** nömrəli cari hesabına köçürmə yolu ilə və ya pnağd şəkildə mədaxil edilməkləhəmin vəsaitin silinməsi yolu ilə kredit müddətində tam həcmdə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən X4 aylıq 19.9 faiz dərəcəsi ilə 36 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, X5 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024-cü il tarixləri ərzində ayda 259.79 manat, xx.xx.2024-cü tarixində isə 259.71 manat pulu İddiaçı ASCnin Sumqayıt filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Banka 700.24 manat əsas borc, 0 manat faiz borcu olmaqla cəmi 700.24 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş X8 surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə X4 imza etdirilməklə Bankdan 7000 manat pulu götürmüşdür. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 317492 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə “Kəskin ağciyər embolasiyası” səbəbindən ölmüşdür. İş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdehdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, Expressbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 30 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin Sumqayıt filialı ilə cavabdeh X5 arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli, 200804- 317320/1 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdeh X4 şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 19.9% olmaqla 36 (otuz altı) ay müddətinə 7000.00 (yeddi min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq X5 isə aldığı kreditləri faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024-cü il tarixləri ərzində ayda 259.79 manat, xx.xx.2024-cü tarixində isə 259.71 manat pulu İddiaçı ASC-nin Sumqayıt filialına ödəməyi öhdəsinə götürmüşdür. X1 xx.xx.2022-ci il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsəsi kimi arvadı Cavabdeh tanınmışdır. Bank tərəfindən yaranmış kredit borcunun ödənilməsi vərəsədən tələb olunsada, lakin o, müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsə kimi kreditor qarşısında öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, Bank belə bir tələb irəli sürməkdə haqlı olmuş və Cavabdeh öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq Banka olan borcu ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; - 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar; - 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar; - 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli,Cavabdeh 700.24 (yeddi yüz manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının tələb etdiyi 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 dekabr 2021-ci il tarixli, 200804-317320/1 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 700.24 (yeddi yüz manat iyirmi dörd qəpik) manat borc, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 730.64 (yeddi yüz otuz manat altmış dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-351/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-351/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver