Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-354/2023 01.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6991.09 (altı min doqquz yüz doxsan bir manat 09 qəpik) manat əsas borc, 153.21 (bir yüz əlli üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7144.30 (yeddi min bir yüz qırx dörd manat 30 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 91.44 (doxsan bir manat 44 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 1000 (on min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı Zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək ərizəsində iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6991.09 (altı min doqquz yüz doxsan bir manat 09 qəpik) manat əsas borc, 153.21 (bir yüz əlli üç manat 21 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7144.30 (yeddi min bir yüz qırx dörd manat 30 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 91.44 (doxsan bir manat 44 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda Cavabdeh1 borcun bir hissəsini ödədiyindən iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Buna görədə iddia tələbini azaldaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6610.30 manat əsas borc, 67.98 manat faiz borcu olmaqla, ümumilikdə 6678.28 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 91.44 manat dövlət rüsumunun cavabdehlerden birgə qaydada tutularaq "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında iddia ərizəsində və iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında “Borcalan”ın "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 10000 (on min) manat məbləğində istehlak krediti aldığını, o, da Bankla Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın “Bank” qarşısında öz öhdəlilərini tam yerinə yetirənədək onunla birlikdə “Bank” qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürdüyünü, lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyini, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirmədiyini, ona görə də “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcunun yarandığını, Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan”a və ona qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırdığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatında qeyd etdiklərini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 0088 nömrəli xəzinə məxaric orderinin surətindən görünür ki, müvafiq xidmət haqqır tutulduqdan sonra Cavabdeh1 9910 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh1 illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024 tarixləri ərzində ayda 356.53 manat, xx.xx.2024 tarixində isə 356.41 manat olmaqla, cəmi 12834.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10 sentyabr 2021-ci il tarixli, İK1006381/25073 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndlərinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh1 arasında 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı Kredit müaviləsi əsasında “Borcalan”a veriləcək 10000 (on min) manat məbləğində kreditlə əlaqədar “Borcalan” “Bank” qarşısında öz öhdəlilərini tam yerinə yetirilənədək “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına iddiaçının nümayəndəsinin ərizəsindən görünür ki, Bank iddia tələbini azaldaraq cavabdehlərdən xx.xx.2023-cü il tarixə 6610.30 manat əsas borc, 67.98 manat faiz borcu olmaqla, ümumilikdə 6678.28 manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 91.44 manat dövlət rüsumunun cavabdehlerden birgə qaydada tutularaq "xxxx" ASCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021 - xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 kreditin verilməsi təmin edilmiş və o, banka olan kredit borcu ilə əlaqədar müxtəlif vaxtlarda ödəmələr həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 91.44 (doxsan bir manat 44 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-ci il tarixli 105/001 saylı xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5 iş günü müddətində Banka olan əsas və ona hesablanmış faiz borcunun ödənilməsi ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən borcalan Cavabdeh1 illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024 tarixləri ərzində ayda 356.53 manat, xx.xx.2024 tarixində isə 356.41 manat olmaqla, cəmi 12834.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borcalan yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6610.30 (altı min altı yüz on manat otuz qəpik) manat əsas borc, 67.98 (altmış yeddi manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6678.28 (altı min altı yüz yetmiş səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 91.44 (doxsan bir manat 44 qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 10 sentyabr 2021-ci il tarixli, İK1006381 saylı Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6610.30 (altı min altı yüz on manat otuz qəpik) manat əsas borc, 67.98 (altmış yeddi manat doxsan səkkiz qəpik) manat faiz borcu, cəmi 6678.28 (altı min altı yüz yetmiş səkkiz manat iyirmi səkkiz qəpik) manat borc və 91.44 (doxsan bir manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6769.72 (altı min yeddi yüz altmış doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-354/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-354/2023
01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver