Məhkəmə qərarları › İş №e-2(110)-355/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-355/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-355/2022 02.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı İddiaçı MMM QBKT-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 1055.27 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) AZN borcun və 30.55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 02.10.2015-ci il tarixli, **********4350 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.71 % dərəcəsi olmaqla 24 ay müddətinə 1500 (bir min beş yüz) USD məbləğində kredit verildiyini, müqaviləyə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 80 USD olmaqla bərabər hissələrdə ödəniş etməsinin razılaşdırıldığını, həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olduğunu, kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zaminin kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda əsas borcu həmin borca görə hesablanmış faiz cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, həmçinin 02.10.2015-ci il tarixli, **********4350 saylı kredit müqaviləsi 19.04.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2060.07 AZN, faiz 0.00 AZN cərimə 0.00 AZN müəyyən edildiyini, eyni tarixli **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olduğunu, beləliklə 28.04.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 oğlunun borc məbləği əsas borc üzrə 1055.27 AZN, faiz borcu üzrə 0.00 AZN cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) AZN təşkil etdiyini, kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verənin məhkəmə orqanlarına müraciət edəcəyini, lakin bu tələbin kredit alana təqdm edilməməsinin kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilmədiyini, müqavilənin bu müddəasının heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilmədiyini qeyd edərək, iddianın təmin edilməsini, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 1055.27 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla, cəmi 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) AZN borcun və 30.55 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh1 və Cavabdeh2 ünvanlarına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən də kredit alan Cavabdeh2 ilə Kredit verən İddiaçı MMM QBKT 2 saylı filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, "xxxx" MM QBKT Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.71 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 1500 (iki min) ABŞ dolları kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 1 %-i miqdarında komissiya ödəyir. ... Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan" kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə" müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a müəyyən edilmiş bankların və ya kredit verənin öz kassaları vasitəsilə nağd şəkildə ABŞ dolları şəklində verilir. Həmin Müqavilənin 6.2 maddəsinə əsasən, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli, **********4350 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 23.71 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə aldığı 1500 (bir min beş yüz) ABŞ dolları krediti 02.11.2015 - 02.09.2017-ci il tarixləri ərzində hər ay 80 ABŞ dolları, 02.10.2021-ci il tarixdə isə 62 ABŞ dolları olmaqla, ümumilikdə 1902 ABŞ dolları məbləğində pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli, 93 nğmrəli X1 surətindən görünür ki, "xxxx" MMM QBKT tərəfindən Cavabdeh2 1500 (bir min beş yüz) ABŞ dolları məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair 19.04.2016-cı il tarixli Sazişdən görünür ki, Cavabdeh2 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği 2060.07 manatdır və həmin məbləğə 30% dərəcəsi ilə faizlər hesablanmaqla 24 ay müddətində tamamilə Kredit verənə ödənilməlidir. İş materiallarına əlavə olunmuş 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair 19.04.2016-cı il tarixli Sazişin ödəniş cədvəlindən görünür ki, Kredit alan 2060.07 manat krediti 02.05.2016 - 02.03.2018-ci il tarixləri ərzində hər ay 114.0 manat, 02.04.2018ci il tarixdə isə 114.07 manat olmaqla, ümumilikdə 2736.07 manat məbləğində pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 19.04.2016-cı il tarixli **********7***-******* saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə "xxxx" MMM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Zamin 19.04.2016-cı il tarixli **********7***-******* saylı kredit müqaviləsinə əsasən ("Kredit müqaviləsi”) həmin müqavilə üzrə Kredit alan olan X2 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Kredit alan illik 30 % dərəcəsi ilə 24 ay müddətində 2060.07 manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə 28.04.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 Banka cəmi 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 10.05.2022-ci il tarixli ********* nömrəli, Qəbzdən görünür ki, İddiaçı MMM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30.55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MM QBKT ilə Cavabdeh2 biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.71 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 1500.00 (bir min beş yüz) ABŞ dolları kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” isə müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Kredit Verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan “Kredit Alan”nın qalıq borcunun ödənilməsini təmin etmək məqsədi ilə tərəflər arasında 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair 19.04.2016-cı il tarixli Saziş bağlanmış, Sazişə görə Cavabdeh2 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği 2060.07 manat məbləğində müəyyən olunmuş və o, həmin məbləğə 30% dərəcəsi ilə faizlər hesablanmaqla 24 ay müddətinə, yəni 02.05.2016 - 02.03.2018-ci il tarixləri ərzində hər ay 114.0 manat, 02.04.2018-ci il tarixdə isə 114.07 manat olmaqla, ümumilikdə 2736.07 manat məbləğində pulu “Kredit verən”ə qaytarmağı öhdəsinə götürmüşdür.“Kredit Alan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Kredit verən”ə 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Həmçinin Cavabdeh1 da “FİNCA Azerbaijan” MM QBKT ilə Zaminlik müqaviləsi bağlayaraq “Kredit alan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kredit verən”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" MMM QBKT-nın “Kredit alan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh1 da onunla birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hesab edirəm ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit verən” “Kredit alan” və “Zamin”ə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 30.55 (otuz manat əlli beş qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMM QBKT-nın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 02.10.2015-ci il tarixli, **********4350 saylı Kredit müqaviləsinin Restrukturizasiyasına dair 19.04.2016-cı il tarixli Sazişə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1055.27 (bir min əlli beş manat iyirmi yeddi qəpik) manat əsas borc və 30.55 (otuz manat əlli beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1085.82 (bir min səksən beş manat səksən iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar