Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-370/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı MMM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4457.00 AZN, faiz borcuna görə 924.52 AZN, cərimə borcuna görə 452.80 AZN, cəmi 5834.32 (beş min səkkiz yüz otuz dörd manat, otuz iki qəpik) AZN məbləğində borcun və 78.35 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMM QBKT-nın nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə 2(110)-370/2024 saylı mülki işin icraatda olduğunu, cavabdehin qeydiyyatda olduğu Dəmirçi kəndinin Naxçıvan MR-nin Sədərək rayonunun inzibati ərazisinə aid edildiyini və bu səbəbdən işin aidiyyatı üzrə düz göndərilmədiyini, yuxarıda qeyd edilən həmin mülki işin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmənin hazırlıq iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; - 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı MMM QBKT tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 78.35 (yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki - Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi geri qaytarılsın. İddiaçı MMM QBKT tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 78.35 (yetmiş səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-370/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-370/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver