Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-373/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 411.31 (dörd yüz on bir manat 31 qəpik) manat, faiz borcuna görə 54.31 (əlli dörd manat 31 qəpik) manat, dəbbə borcuna görə 153.11 (bir yüz əlli üç manat 11 qəpik ) manat, cəmi 618.73 (altı yüz on səkkiz manat 73 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı kredit müqaviləsinə əsasən illik 24% (iyirmi dörd) faiz olmaqla 15 (on beş) ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində cavabdehə kredit verildiyini, 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli, RBNPU-10362 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 30-dan gec olmayaraq hər ay 202,35 (iki yüz iki manat 35 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Baş ofis arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1-ci bəndinə əsasən “Bank” “Müştəri”yə 15 (on beş) ay müddətinə, illik faiz dərəcəsi 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 2600 (iki min altı yüz) manat kreditin verilməsini təmin etmişdir; Həmin Müqavilənin 2-ci bəndinə əsasən Tərəflər təsdiq edirlər ki, E-Bankçılıq xidmətlərindən istifadə, Kredit götürülməsi ilə bağlı Tərəflər arasında yaranan münasibətlər Müqavilə (bu Əsas Şərtlər, X1 və Müqavilənin digər ayrılmaaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş Müqavilənin hazırki tarixə qüvvədə olan və Bankın (https://www.rabitabank.com/yuklemeler-ve-destek) İnternet Səhifəsində dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri X1nə müvqafiq QR-kod vasitəsilə də keçid əldə edə bilər; Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Müştəri kredit üzrə ödənişləri bu Razılaşmaya əlavə edilən Kreditin Ödəniş Cədvəli əsasında annyitet qaydada aylıq olaraq ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən Müştəri qrafik ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən başlayaraq-Bank Müştəridən kredit götürülməsinə dair müvafiq Razılaşma və ya SMSlə təsdiq olunmuş Razılaşma üzrə gecikdirilmiş məbləğin 1.0 (bir) faizi həcmində dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kreditin müddəti bitdikdən sonra kreditin qaytarılması gecikdirildiyi halda, kreditin ödənilməyən əsas məbləği üçün faiz bu Razılaşmanın 1.3-cü bəndində göstərilən faiz dərəcəsinin ikiqatı həcmində, yəni illik 44 (qırx dörd) % dərəcəsi ilə borc tam ödənilən günədək hesablanır və Müştəri tərəfindən Banka ödənilir. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2022-ci il tarixli sərəncam orderinin surətindən görünür ki, 30 sentyabr 2022-ci il tarixdə Cavabdeh Bankdan tərəfindən 2600 (iki min altı yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 24% dərəcəsi olmaqla 15 ay müddətinə 2600 (iki min altı yüz) manat krediti xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində ayda 202.35 manat, xx.xx.2023 tarixində isə 202.10 manat olmaqla, cəmi 3035 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka 411.31 (dörd yüz on bir manat 31 qəpik) manat əsas borc, 54.31 (əlli dörd manat 31 qəpik) manat məbləğində faiz borcu, 153.11 (bir yüz əlli üç manat 11 qəpik) dəbbə borcu olmaqla, cəmi 618.73 (altı yüz on səkkiz manat 73 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü Rabitəbank” ASC Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı Kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Borc alana 15 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 2600 manat məbləğində kredit verilmişdir. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Müştəri Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Borcverən qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin müqavilə üzrə hesablanmış 153.11 manat dəbbə pulunun tutulması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş əsas borcun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, məhkəmə Müqavilə üzrə hesablanmış 153.11 manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 41 (qırx bir) manat həcmində müəyyənləşdirilməsini kreditorun əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, kredit borcu üzrə Cavabdeh əsas borc üzrə 411.31 (dörd yüz on bir manat 31 qəpik) manat əsas borc, 54.31 (əlli dörd manat 31 qəpik) manat faiz borcu, 41 (qırx bir) manat cərimə olmaqla, cəmi 506.62 (beş yüz altı manat altmış iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi borca dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 manatı iddiaçıya aid edilməli, 24 manatı isə cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 sentyabr 2022-ci il tarixli RBNPU-10362 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh 411.31 (dörd yüz on bir manat 31 qəpik) manat əsas borc, 54.31 (əlli dörd manat otuz bir qəpik) manat faiz borcu, 41 (qırx bir) manat cərimə, cəmi 506.62 (beş yüz altı manat altmış iki qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 24 manatı olmaqla, ümumilikdə 530.62 (beş yüz otuz manat altmış iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-373/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-373/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver