Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-384/2024 15.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğluna qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 492.6 manat məbləğində kredit bоrcu, 289.61 manat məbləğində faiz bоrcu və 119.21 manat məbləğində cərimə olmaqla, ümumilikdə 901 (doqquz yüz bir manat qırx iki qəpik) məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 029R********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində kredit götürdüyünü, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 029R**********S saylı, xx.xx.2020-ci il tarixli 029R**********SA saylı, xx.xx.2021-ci il tarixli 029R**********SB saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edildiyini, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, onun götürdüyü kredit bоrcundan 1007.4 manat ödəniş etdiyini və оnun iddiaçıya 492.6 manat məbləğində kredit bоrcu qaldığını, kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faiz Dövlət rüsumunun ödənilməsi haqqında məlumat həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən onun kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 809 gün üçün hesablanmış faiz borcu 289.61 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023-cü il tarixə 809 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 119.21 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, onun həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıdığını və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azerbaijan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlərin yaşadığı ünvanlara göndərilsədə, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 fevral 2015-ci il tarixli 002L**********61 Uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 (Kredit alan) ilə İddiaçı QSC-nin Babək filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verənKredit alana120 (bir yüz iyirmi) ay müddətinə 50000.0 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 029R********** saylı Kredit razılaşmasından aydın olur ki, həqiqətən Cavabdeh2 (Kredit alan) ilə İddiaçı QSC-nin Babək filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 029R********** saylı kredit razılaşmasından 1.1-ci bəndinə əsasən Bank məbləği 1500 (min beş yüz) manat olan krediti aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 ay müddətinə Kredit Alana verir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” bu kredit razılaşmasını tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Bank 15 manat məbləğində kreditin verilməsi üçün komisyon haqqı hesablayır. Kredit verilməsi üçün bu haqq ödənildikdən sonra kredit verilir. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən borclunun ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. İş materiallarına əlavə olunmuş 30 dekabr 2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh2 aylıq 2.1667 % faiz dərəcəsi ilə 18 ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 xx.xx.2021-ci il tarixləri ərzində ayda 102.00 manat, xx.xx.2021-ci il tarixində isə 107.79 manat olmaqla, cəmi 1841.79 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 15 manat komissiya tutulmaqla 1500 (min beş yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 029S**********02 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 Məhəmməd oğlu ilə İddiaçı QSC-nin Babək filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinin şərtinə əsasən Borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 3.1.2-ci bəndinə əsasən uzunmüdddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənməli olan məbləğin və ya onun bir hissəsinin gecikdirildikdə, verilmiş kredit məbləğinin qalığının 0.1 % məbləğində hər gecikdirilən gün üçün tətbiq olunan cəriməni Zamin ödəyir. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 029R**********S nömrəli Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında 09 fevral 2015-ci il tarixli 002L**********61 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh2 aylıq 2.1667 % faiz dərəcəsi ilə 18 ay müddətinə 1366.2 (bir min üç yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020-ci tarixində 27.58 manat, xx.xx.2020-ci il tarixində 30.59 manat, xx.xx.2020-ci il tarixində 31.57 manat, xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri ərzində ayda 110.25 manat, xx.xx.2021-ci il tarixində isə 105.21 manat olmaqla, cəmi 1738.45 manat pulu İddiaçı QSCnin Babək filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 029R**********SA nömrəli Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında 09 fevral 2015-ci il tarixli 002L**********61 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2020-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh2 aylıq 2.1667 % faiz dərəcəsi ilə 18 ay müddətinə 1366.2 (bir min üç yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri ərzində ayda 110.25 manat, xx.xx.2021-ci il tarixində 108.00 manat, xx.xx.2021-ci il tarixində isə 107.04 manat olmaqla, cəmi 1648.29 manat pulu İddiaçı QSC-nin Babək filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 029R**********SB nömrəli Sazişin (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) 1-ci bəndinə əsasən Bank ilə Kredit alan arasında 09 fevral 2015-ci il tarixli 002L**********61 saylı Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2021-ci il tarixli Ödəniş planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Babək filialı tərəfindən Cavabdeh2 aylıq 2.1667 % faiz dərəcəsi ilə 18 ay müddətinə 1127.81 (bir min yüz iyirmi yeddi manat səksən bir qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021-ci tarixində 21.61 manat, xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri ərzində ayda 113.59 manat, xx.xx.2022-ci il tarixində isə 112.05 manat olmaqla, cəmi 1383.15 manat pulu İddiaçı QSC-nin Babək filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, Bank tərəfindən Cavabdeh2 1500 (min beş yüz) manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh2 tərəfindən isə onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh2 xx.xx.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması üzrə Banka 492.6 manat məbləğində əsas borcu, 289.61 manat faiz borcu və 119.21 manat məbləğində cərimə borcu olmaqla, cəmi 901.42 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "AccessBank” QSC-nin Babək filialı ilə Cavabdeh2 arasında bağlanmış 09 fevral 2015-ci il tarixli 002L**********61 saylı uzunmüddətli kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 (Kredit alan) ilə İddiaçı QSC-nin Babək filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” 120 (bir yüz iyirmi) ay müddətinə 50000.0 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 09 fevral 2015-ci il tarixli 002L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq xx.xx.2019-cu il tarixli 029R********** saylı kredit razılaşmasına əsasən “Kredit verən” “Kredit alana” aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 (on səkkiz) ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit vermiş, müqaviləyə müvafiq olaraq Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 - xx.xx.2021-ci il tarixləri ərzində ayda 102.00 manat, xx.xx.2021-ci il tarixində isə 107.79 manat olmaqla, cəmi 1841.79 manat pulu AccessBank” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda “Kredit verən” xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə “Kredit alanın” götürdüyü kreditin qalığını və hesablanmış faizləri geri ödəməsi məqsədilə “Kredit alan”la xx.xx.2020-ci il tarixli 029R**********S nömrəli Saziş (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlamışlar. Sazişə əsasən “Kredit alan” kredit qalığı olan 1366.2 (bir min üç yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pulu aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2020-ci tarixində 27.58 manat, xx.xx.2020-ci il tarixində 30.59 manat, xx.xx.2020-ci il tarixində 31.57 manat, xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri ərzində ayda 110.25 manat, xx.xx.2021-ci il tarixində isə 105.21 manat olmaqla, cəmi 1738.45 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə “Kredit alanın” götürdüyü kreditin qalığını və hesablanmış faizləri geri ödəməsi məqsədilə Kredit alanla xx.xx.2020-ci il tarixli 029R**********SA nömrəli Saziş (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlamışlar. Sazişə əsasən “Kredit alan” kredit qalığı 1366.2 (bir min üç yüz altmış altı manat iyirmi qəpik) manat məbləğində pulu aylıq faiz dərəcəsi 2.1667 % olmaqla 18 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2021-ci il tarixləri ərzində ayda 110.25 manat, xx.xx.2021-ci il tarixində 108.00 manat, xx.xx.2021-ci il tarixində isə 107.04 manat olmaqla, cəmi 1648.29 manat, xx.xx.2019-cu il tarixdə bağlanmış 029R********** saylı Kredit razılaşması üzrə “Kredit alanın” götürdüyü kreditin qalığını və hesablanmış faizləri geri ödəməsi məqsədilə Kredit alanla xx.xx.2021-ci il tarixli 029R**********SB nömrəli Saziş (Kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında) bağlamışlar. Sazişə əsasən “Kredit alan” kredit qalığı olan 1127.81 (bir min yüz iyirmi yeddi manat səksən bir qəpik) manat pulu xx.xx.2021-ci tarixində 21.61 manat, xx.xx.2021 – xx.xx.2022-ci il tarixləri ərzində ayda 113.59 manat, xx.xx.2022-ci il tarixində isə 112.05 manat olmaqla, cəmi 1383.15 manat olmaqla İddiaçı QSC-nin Babək filialına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 Məhəmməd oğlu AccessBank” QSC-nin Babək filialı ilə “Zamin”lik müqaviləsi bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kredit verən”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin “Kredit alan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "AccessBank” QSC “Kredit alan” və “Zamin”ə qarşı birgə borclu kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 119.21 manat cərimə (dəbbə) borcunun tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə kredit müqaviləsi üzrə kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə 119.21 (bir yüz on doqquz manat iyirmi bir qəpik) manat məbləğində hesablanmış cərimə (dəbbə pulu) məbləği əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksəkdir, buna görə də cərimənin əsas borcməbləğinə müvafiq olaraq 49 (qırx doqquz) manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətli olar. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 Məhəmməd oğlu “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh1 Məhəmməd oğlu da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit verən” “Kredit alan” və Zaminə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlundan müştərək 492.6 (dörd yüz doxsan iki manat altmış qəpik) manat əsas borc, 289.61 (iki yüz səksən doqquz manat altmış bir qəpik) manat faiz borcu, 49 (qırx doqquz) manat cərimə, cəmi 831.21 (səkkiz yüz otuz bir manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mülki iş üzrə tələb olunan 30 manat məbləğində dövlət rüsumunun 2 manatı iddiaçıya aid edilməli, 28.0 manat məbləğində pul vəsaiti isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlundan müştərək qaydada alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 029R********** saylı kredit razılaşması üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhəmməd oğlundan müştərək qaydada 492.6 (dörd yüz doxsan iki manat altmış qəpik) manat əsas borc, 289.61 (iki yüz səksən doqquz manat altmış bir qəpik) manat faiz borcu, 49 (qırx doqquz) manat cərimə, cəmi 831.21 (səkkiz yüz otuz bir manat iyirmi bir qəpik) manat borc və mülki iş üzrə tələb olunan 30 manat məbləğində dövlət rüsumunun 28 manatı olmaqla, ümumilikdə 859.21 (səkkiz yüz əlli doqquz manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-384/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-384/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver