Məhkəmə qərarları › İş №e-2(110)-385/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-385/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-385/2025 19.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində Cavabdeh 200 (iki yüz) manat borc məbləği, 20 (iyirmi) manat cərimələr üzrə borc qalığı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun-cəmi 250 (iki yüz əlli) manat tutularaq iddiaçıya ödənilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMCnin nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 14 aprel 2016-cı il tarixli 01-AGT000005081 nömrəli alqı-satqı müqaviləsinin tələbetmə hüququnun əldə etdiyini, müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 280 (iki yüz səksən) manat olan Huawei Y220 (İMEİ: **********42586) markalı mobil telefon aldığını, müqvilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 14-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 20 (iyirmi) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etmədiyini, aldığı malın qalıq pulunu ümumi dəyəri 200 (iki yüz) manatı mağazaya ödəmədiyini, müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələrin tərəflər arasında danışıqlar yolu ilə ediləcəyini, həmin mübahisələrin danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll ediləcəiyini, dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlərin nəticəsiz qaldığını, götürdüyü malın dəyərini ödəməkdən yayındığını, cavabdeh tərəfdən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində olduqlarını bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı tarixli, 01-AGT000005081 saylı X4-Satqı Müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında hazırki müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhəliklər götürmüşlər. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” “Alıcıya” bu müqavilənin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 (on iki) ay müddətinə 280 (iki yüz səksən) AZN məbləğində əmtəəni (əşyanı) Yaddaş micro 4 g. b (av) İmei: G14268; Huawei Y220 Black **********42586 İmei: **********42586; Huawei Y220 Black **********42289 İmei: **********42289) nisyə alqı-satqı şərtləri əsasında verir. “Alıcı” aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən “Ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Əmtəə (əşya) müqavilə bağlandıqdan sonra 1 (bir) gün ərzində “Satıcı” tərəfindən “Alıcı”nın istifadəsinə və faktiki sahibliyinə verilir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən Əmtəə (əşya) “Alıcıya” təhvil verildiyi gündən etibarən hər ay (30 gün) müqavilə nəzərdə tutulmuş təqvim günündən gec olmayaraq ödəmələr icra olunur. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə “Satıcı” tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsi tələb edilə bilər. İş materiallarında olan, xx.xx.2016-ci il tarixli, 01-AGT000005081 saylı ödəniş cədvəlindən görünür ki, Alıcı qiyməti 280 manat olan əşyalar üçün 40 (qırx) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 20 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.20222-ci il tarixli 001 nömrəli Faktorinq müqaviləsindən görünür ki, Satıcı müqavilədən irəli gələn pul tələbi üzrə tələb etmə hüququnu hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli 001 nömrəli faktorinq müqaviləsinin 1.1-ci bəndinə əsasən müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 №li Əlavədə göstərilən üçüncü şəxslərə (bundan sonra “borclulara”) qarşı X4-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini (bundan sonra “borc tələbi“) Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində Müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini Müştəriyə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borc tələbi hüququ Faktora hüququn güzəşt edildiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Öhdəliyin icrasını təmin edən hüquqular, borc tələbilə bağlı olan hüquqular, ödənilməmiş faizlərə (o cümlədən cərimə faizlərinə) hüquq, girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqular Faktora keçir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh 14 aprel 2016-cı tarixli, 01-AGT00000581 saylı müqaviləyə əsasən İddiaçı MMC-yə 200 manat əsas məbləğ və 20 manat cərimə borcu olmaqla cəmi 220 manat borcu vardır. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar X3 vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2016-cı tarixli, 01-AGT000005081 saylı X4-Satqı Müqaviləsinə əsasən Alıcı ümumi məbləği olan 280 manat olan əşyalar üçün 40 (qırx) manat ilkin ödəniş ödəyərək, qalan məbləği 12 ay müddətinə ayda 20 manat öhdəsinə götürmüşdür. Lakin Alıcı Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən, həmçinin risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Eyni zamanda iş materialına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 001 nömrəli Faktorinq müqaviləsinə əsasən "xxxx" MMC borclularından tələb hüququnu İddiaçınə güzəşt etmişdir ki, Faktorda hazırki tələblə borcluya qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; “ - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh iddiaçı "xxxx" MMC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, həmin tələbdə İddiaçınə gözəşt edildiyindən, o da borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Müqavilə üzrə 200 manat məbləğində əsas borcun tutulması hissəsində tam əsaslıdır. İddia tələbi üzrə 20 manat cərimə pulunun tutulması hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 14 aprel 2016-cı tarixli, 01-AGT000005081 saylı X4-Satqı Müqaviləsində və həmin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlində cərimənin (dəbbə pulunun) tutulması nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; -463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 14 aprel 2016-cı tarixli, 01-AGT000005081 saylı X4-Satqı Müqaviləsi üzrə 200 manat məbləğində əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 230.0 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14 aprel 2016-cı tarixli, 01-AGT00000581 saylı X4-Satqı Müqaviləsi üzrə 200.0 (iki yüz) manat məbləğində əsas borc və 30.0 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 230.0 (iki yüz otuz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar