Məhkəmə qərarları › İş №e-2(110)-387/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-387/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-387/2025 01.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2333 AZN əsas; 318,35 AZN faiz; cəmi 2651,35 AZN pul vəsaitinin və 46,51 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2500 AZN məbləğində pul mədaxil edildiyini, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kredit və Hesab Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı Kredit və hesab müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4 və 2.5-ci maddələrinə əsasən İddiaçı ASC Cavabdeh əşya krediti və platformada təqdim edilən malların və xidmətlərin alışı təyinatlı, 36 (oyuz altı) ay müddətinə, illik 27 faiz ilə 2500 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş müqavilə üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü tarixdə 2500 manat manat məbləğində kreditin verilməsi təmin olunmuşdur. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2025ci il tarixə Banka 2333.0 manat əsas borc, 318,35 manat məbləğində faiz borcu olmaqla, cəmi 2651.35 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Kapital Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 46.51 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə Mübahisə mövcud deyildir. Elektron poçt ünvanından çıxarışdan görünür ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı Kredit və hesab müqaviləsinə əsasən kreditin verilməsi üçün kredit müqaviləsi və digər zəruri sənədlər Müştərinin elektron poçt ünvanına göndərilmiş, xx.xx.2024-cü il tarixdə Müştəri tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Bank Müştəriyə 410100H**********299 saylı cari hesab açmışdır. Müqavilənin şərtinə görə kredit “Bank” tərəfindən “Müştəri”yə 36 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 2500 manat kredit verilmiş, Müştəri “Kapital Bank" ASC-dən götürdüyü krediti geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materialına əlavə olunmuş xx.xx.2025 -ci il tarixli hesabdan çıxarışdan görünür ki, “Müştəri”nin BUMM3515332B299 saylı Kredit və hesab müqaviləsinə əsasən “Banka” 2333.0 manat ssuda borcu yaranmışdır. “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank” bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; - 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə“bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin“mübadiləsi yolu ilə bağlana bilər; - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.“Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır; - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 46.51 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh elektron formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı Kredit və Hesab Müqaviləsinə əsasən 2333.0 manat əsas borc, 318,35 manat faiz borcu, cəmi 2651.35 manat borc və ödənilmiş 46.51 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2697.86 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli BUMM89999645B299 saylı Kredit və Hesab Müqaviləsinə əsasən 2333.0 (iki min üç yüz otuz üç) manat əsas borc, 318.35 (üç yüz on səkkiz manat otuz beş qəpik) manat məbləğində faiz borcu, cəmi 2651.35 (iki min altı yüz əlli bir manat otuz beş qəpik) manat borc və ödənilmiş 46.51 (qırx altı manat əlli bir qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2697.86 (iki min altı yüz doxsan yeddi manat səksən altı qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar