Məhkəmə qərarları › İş №e-2(110)-394/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-394/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-394/2023 16.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 4026.12 manat, faiz borcuna görə 25.40 manat, cəmi 4051.52 manat və ödənilmiş 60.52 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi əsasında Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC tərəfindən Cavabdeh2 60 ay müddətinə qaytarılmaq şərti illik 1% olmaqla 4071.11 manat məbləğində kredit verildiyini və 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 saylı krеdit müqaviləsi bağlandığını, 12 iyun 2019-cu il tarixli, 00-xx-xx- 088016 saylı krеdit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə 12 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlandığını, bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərmədiyini, göründüyü kimi cavadehin müqavilə şərtlərini pozduğunu və vurduğu zərər nəticəsində «Muğanbank” ASC-ni müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, (Mülki Məcəllənin 421.2-ci maddəsi) Müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı Əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və Krеdit Müqaviləsinin 4.6-cı bəndinə əsasən tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yarandığını və gecikdirilmiş borc hesablarında əks etdirilirdiyini bildirmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair 2(110)-394/2023 saylı mülki iş üzrə məhkəmə baxışı iclasınin xx.xx.2023-cü il tarixə saat 14:30-a təyin edildiyini, idia tələbini müdafiə edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçıın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında həqiqətən də, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2016-cı ildə kredit götürdüyünü, o da Bankla zaminlik müqaviləsi bağladığını, həmin müqavilə üzrə kredit məbləğinin çox hissəsinin ödənildiyini, daha sonra devalvasiya olduqdan sonra 2019-cu il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqviləsinin restruktrizasiya olunmasına dair müraciət etdiklərini, bu məqsədlə Cavabdeh2 ilə birlikdə Bakı şəhərinə getdiklərini, bankda onlara qalıq borcun 4071 manat olduğunu bildirdiklərini, həmin borc məbləğinə etiraz etdiklərini, lakin Bank əməkdaşlarının onlara borc məbləğinin düzgün hesablandığını bildirdiklərini, həmin vaxt Naxçıvana qayıtmaq üçün təyyarəyə gecikdiklərinə görə məcbur qalıb yeni müqaviləni imzaladıqlarını, bank əməkdaşlarına “məhkəmədə görüşərik” sözlərini dediklərini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onlardan artıq məbləğ tələb etdiyini qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xaiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərini, cavabdehin izahatını iş materialında olan sübutlara qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli Kredit Müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən borc verən bu müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün borc alana illik 1% olmaqla, 60 ay müddətinə 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləğinin istifadə təyinatı müştərinin restruktrizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsidir. Kreditin verilməsi ilə Borcalanın restruktrizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən borc alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən borc alan tərəfindən kreditin qaytarılması 12 iyul 2019-cu il tarixdən başlayaraq 12 iyun 2024-cü il tarixə kimi hər ayın 12-dən gec olmayaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsinə uyğun olaraq həyata keçiriləcəkdir. Ödəniləcək kredit, o cümlədən ona hesablanmış faizlər borc verənin hesabına ödənilir və ya köçürülür. İş materiallarına əlavə olunmuş 12 iyun 2019-cu il tarixli Zaminlik Müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin məzmunu zamin bank qarşısında Cavabdeh2 (bundan sonra borclu adlandırılacaq) 00-xx-xx-088016 nömrəli (kreditin məbləği 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat faiz dərəcəsi 1% təşkil edir) xx.xx.2019cu il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə daşıdığı məsuliyyət təşkil edir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, cərimələr, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə borclu kimi tam məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 1 saylı Əlavəyəödəniş cədvəlinə əsasən, Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda müxtəlif məbləğlərdə ödənişlər etməklə, cəmi 4195.48 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 06 dekabr 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 Mirməhəmməd oğlu ilə İddiaçı ASC arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 saylı müqaviləyə əsasən onun İddiaçı ASC-yə 4026.12 (dörd min iyirmi altı manat on iki qəpik) manat əsas borcu, 25.40 (iyirmi beş manat qırx qəpik) manat faiz borcu olmaqla, cəmi 4051.52 (dörd min əlli bir manat əlli iki qəpik) manat borcu vardır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövət büdcədinə 60.52 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Şərur rayon Məhkəməsinin e-2(110)-394/2023 saylı 05 iyun 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsinə dair mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 756 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 00-xx-xx-088016 saylı Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 İddiaçı ASC yə kredit üzrə xx.xx.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat, faiz borcu 14.10 (on dörd manat on qəpik) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00-xx-xx-088016 saylı müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsinə əsasən “Bank” tərəfindən Cavabdeh2 1 il güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 4071.11 (dörd min yetmiş bir manat on bir qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh2 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 xx.xx.2020-ci il tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 tarixləri ərzində ayda müxtəlif məbləğlərdə ödənişlər etməklə, cəmi 4195.48 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 Borc verənlə Zaminlik müqavilələri bağlayaraq Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Borc alan ilə birlikdə Borc verən qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borc alan kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, Borc verənə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozduğuna görə Borc verən Borcalana və Zaminə qarşı borcun tutlması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 756 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 banka olan əsas borcu 4071 (dörd min yetmiş bir) manat, faiz borcu 14.10 (on dörd manat on qəpik) manat təşkil edir. Lakin iş üzrə iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borca görə 4026.12 manat, faiz borcuna görə 25.40 manat, cəmi 4051.52 manat manat kredit borcunun tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehlərdən tələb olunan əsas borc məbləği iddia tələbi üzrə müəyyən edilməli, iddia tələbinin faiz borcuna dair hissəsi ilə isə məhkəmə ekspert rəyi ilə eyni mövqedən çıxış edərək qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan kredit borcunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, iddia ərizəsində tələb edilən faiz borcuna münasibətdə ekspert rəyində göstərilən məbləğ nəzərə alınmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4026.12 (dörd min iyirmi altı manat on iki) manat əsas borc, 14.10 (on dörd manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 4040.22 (dörd min qırx manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - əvvəlki redaksiyada olan 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 “Borc alan”ın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Borc alan”ın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zamin Cavabdeh1 da onunla birlikdə “Borc verən” qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Borc alan” əsas öhdəliyini lazımi qaydada yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borc alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Borc verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zamin” də kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Borc verən” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Borc verən” borcun alınması ilə bağlı “Borc alan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iş üzrə tərəflər arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4026.12 (dörd min iyirmi altı manat on iki) manat əsas borc, 14.10 (on dörd manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 4040.22 (dörd min qırx manat iyirmi iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia kredit müqaviləsi üzrə digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qisməntəmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş 60.52 manat dövlət rüsumunun 0.17 manatı iddiaçıya aid edilməli, 60.35 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İş üzrə tərəflər arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsi ləğv edilsin. 12 iyun 2019-cu il tarixli, 00-xx-xx-088016 nömrəli müştərinin restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üzrə Kredit müqaviləsi həmin müqavilə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4026.12 (dörd min iyirmi altı manat on iki) manat əsas borc, 14.10 (on dörd manat on qəpik) manat faiz borcu, cəmi 4040.22 (dörd min qırx manat iyirmi iki qəpik) manat məbləğində borc və 60.52 manat dövlət rüsumunun 60.35 (altmış manat otuz beş qəpik) manatı olmaqla, ümumilikdə 4100.57 (dörd min bir yüz manat əlli yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissdə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar