Məhkəmə qərarları › İş №e-2(110)-395/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-395/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-395/2022 09.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 1826.39 AZN əsas, 400.51 AZN faiz, cəmi 2226.9 AZN məbləğində vəsaitin və ödənilmiş 42.26 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.12.2019-cu il tarixli, Kredit Kartı müqaviləsinə əsasən ona 2800 manat məbləğində kredit xətti ayrıldığını, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini cavabdehin 05.05.2022-ci il tarixə İddiaçı ASC-yə 09.12.2019-cu il tarixli, Kredit Kartı müqaviləsinə əsasən 1826.39 AZN əsas, 400.51 AZN faiz, cəmi 2226.9 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılmasının təmin edilmədiyini qeyd edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1826.39 AZN əsas, 400.51 AZN faiz, cəmi 2226.9 AZN məbləğində vəsaitin və ödənilmiş 42.26 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 24.05.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09.12.2019-cu il tarixli BBLK1684669A133 saylı, Kredit müqavilədən (hesab, kart, kredit üzrə) aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin “Şərur” filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə Bank müştəriyə “Birkart“ ödəniş kartı verir, həmin karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xətdindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin Müqavilənin 4.1, 4.3 və 4.5.1-ci maddələrinə əsasən İddiaçı ASC “Binəqədi” filialı X1 qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan kredit xətti açmaqla 2800 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 4.8.2.1-ci bəndində qeyd olunmuşdur ki, nağdsız ödənişlər üzrə istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə, istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu müqavilə ilə müəyyən olunmuş illik kredit faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır... İş materiallarına əlavə olunmuş 13.05.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 05.05.2022-ci il tarixə Cavabdeh Banka 1826.39 manat əsas, 400.51 manat faiz, cəmi 2226.9 manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş poçt qəbzi və 29.10.2021-ci il tarixli, 16/54655 nömrəli bidirişin məzmunundan görünür ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı bildiriş göndərmiş etmiş, lakin cavabdeh bu bu bildirişlə iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 11.05.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Kapital Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 42.26 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş 09.12.2019-cu il tarixli BBLK1684669A133 nömrəli Balansdankənar Məxaric orderinin surətindən görünür ki, Cavabdeh PAN nömrəsi **********550485 olan bir ədəd kart təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı “Bank”la “Müştəri” arasında bağlanmış 09.12.2019-cu il tarixli BBLK1684669A133 saylı “Kredit müqaviləsinə (hesab, kart, kredit üzrə) əsasən iddiaçı bank cavabdehə, qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% ödəmək şərtilə 2800 manat məbləğində kredit verilməsi məqsədi ilə sonuncuya bank hesabı açmış və PAN nömrəsi **********755931 olan bir ədəd kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Bank” yuxarıda qeyd olunan məbləğdə krediti “Müştəri”nin mülkiyyətinə vermiş və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Hesab edirəm ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, "Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri” yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borca görə 1826.39 (bir min səkkiz yüz iyirmi altı manat otuz doqquz qəpik) manat, faiz borcuna görə 400.51 (dörd yüz manat əlli bir qəpik) manat, cəmi 2226.9 (iki min iki yüz iyirmi altı manat doxsan qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 42.26 (qırx iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 09.12.2019-cu il tarixli BBLK1684669A133 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1826.39 (bir min səkkiz yüz iyirmi altı manat otuz doqquz qəpik) manat, faiz borcuna görə 400.51 (dörd yüz manat əlli bir qəpik) manat, cəmi 2226.9 (iki min iki yüz iyirmi altı manat doxsan qəpik) manat və ödənilmiş 42.26 (qırx iki manat iyirmi altı qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2269.16 (iki min iki yüz altmış doqquz manat on altı qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar