Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-403/2023 24.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5498,79 AZN əsas, 674,53 AZN faiz, 95,21 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6268,53 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 82,69 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18 % olmaqla 6500 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində mülki iş üzrə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 3513nkMDK/21 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci və 1.3-cü bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə 36 ay müddətinə illik 18% olmaqla 6500 (altı min beş yüz) manat məbləğində krediti Borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 2.7- ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə Bankbu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadı etmıdikdə və ya “Borcalan” tərəfindən “Bank” ı aldatmağa yönəlmiş hər hansı bir hərəkət edildiyi, o cümlədən Borcalan özünün fəaliyyti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyi vaxtında və lazimi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı “Borcalan” a qarşı kreditin ümumi məbləğinin 1(bir) faizi miqdarında cərimə tətbiq edilə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 3513nkMDK/21 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, UnibankKB ASC tərəfindən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 18 % ödəmək şərtilə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində ayda 235 manat, xx.xx.2024-cü il tarixdə isə 241.98 manat olmaqla, cəmi 8466.98 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021 – xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o, ayrı-ayrı vaxtlarda müxtəlif əməliyyatlar aparmış, əldə etdiyi kreditin bir qismini geri qaytarmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka 5498,79 manat əsas borc, 674,53 manat məbləğində faiz, 95,21 manat cərimə olmaqla, cəmi 6268,53 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, UnibankKB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X2 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 82.69 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarının ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə “Borcalan”arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3513nkMDK/21 saylı kredit müqaviləsinə əsasən Bank” “Borcalan”a illik 18% olmaqla 36 ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən “Borcalan” həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində ayda 235 manat, xx.xx.2024-cü il tarixdə isə 241.98 manat olmaqla, cəmi 8466.98 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bank tərəfindən də onun hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda əldə etdiyi kreditin bir qismini geri qaytarmış, lakin müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada tam icra etməmiş, nəticədə onun Banka borcu yaranmışdır. Ona görə də "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2- ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh əsas borc üzrə 5498.79 (beş min dörd yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 674.53 (altı yüz yetmiş dörd manat əlli üç qəpik) manat, cərimə olaraq 95.21 (doxsan beş manat iyirmi bir qəpik) manat olmaqla, cəmi 6268.53 (altı min iki yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 82.69 (səksən iki manat altmış doqquz) manat rüsum, 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 3513nkMDK/21 saylı Kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 5498.79 (beş min dörd yüz doxsan səkkiz manat yetmiş doqquz qəpik) manat, faiz borcu üzrə 674.53 (altı yüz yetmiş dörd manat əlli üç qəpik) manat, cərimə olaraq 95.21 (doxsan beş manat iyirmi bir qəpik) manat, cəmi 6268.53 (altı min iki yüz altmış səkkiz manat əlli üç qəpik) manat borc və 82.69 (səksən iki manat altmış doqquz) manat rüsumun, 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 6351.62 (altı min üç yüz əlli bir manat altmış iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-403/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-403/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver