Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-410/2023 04.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 686.16 manat məbləğində əsas borcu, 1.39 manat məbləğində faiz borcu və 0.94 manat cərimə olmaqla ümumilikdə 688.49 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 1585.95 manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx.xx.2023-dək Cavabdeh1 banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 686.16 ( altı yüz səksən altı manat on altı qəpik) manat məbləğində əsas borcu, 1.39 (bir manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu və 0.94 (doxsan dörd qəpik) manat cərimə və olmaqla ümumilikdə 688.49 (altı yz səksən səkkiz manat qırx doqquz qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadığı ünvanlara göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həqiqətən Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilə imzalamış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. Eyni zamanda və bu şərtlər daxilində xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı kredit müqaviləsi imzalamışlar. “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit müqaviləsinə əsasən Bank Müştəriyə kreditlər verməyi, Müştəri isə Kredit Müqqaviləsi ilə müəyyən olunanşərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür; Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kreditin istifadə təyinatı Müştərinin vaxtı keçmiş kredit borclarının restruktrizasiyasıdır; Həmin müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kedit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Kreditin verildiyi tarixindən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tətləb olunmur. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ... Müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarrı həddi hər il üçün 0.02 faiz olmaqla, 5 il müddətinə 0.1faizdən çox olmaamalıdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilə əsasənda tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bir il güzəşt müddəti şərti ilə illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 1585.95 (bir min beş yüz səksən beş manat doxsan beş qəpik) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin digər şərtlərinin İ bəndinə görə bu Müqavilə və Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 1585.95 (bir min beş yüz səksən beş manat doxsan beş qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə bir illik güzəşt müddəti tətbiq olunmaqla – xx.xx.2020 - xx.xx.2024-cü il tarixləri ərzində hər ay 33.72 manat, xx.xx.2024-cü il tarixdə isə 33.69 manat olmaqla, ümumilikdə 1634.37 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.02 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş Zaminlik Müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı Zaminlik Müqaviləsi bağlanmış və o üzərinə bir sıra öhdəliklər götürmüşdür. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin və ya Zaminlər xx.xx.2019-cu il tarixli 19-M-1-0- 89-15 saylı kredit müqaviləsi və Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən Bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcub tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qaşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2023-cü illərə dair dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh1 hesab açılmış, Cavabdeh1 tərəfindən həmin hesab üzrə müxtəlif vaxtlarda müxtəlif ödəmələr edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 qıznın xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı kredit müqaviləsi üzrə Banka 686.16 (altı yüz səksən altı manat on altı qəpik) manat məbləğində əsas borcu, 1.39 (bir manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu və 0.94 (doxsan dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə , ümumilikdə 688.49 (altı yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş **********2 nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 1 illik güzəşt şərti ilə illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 1585.95 (bir min beş yüz səksən beş manat doxsan beş qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə 1 illik güzəşt tətbiq olunmaqla xx.xx.2020 xx.xx.2024-cü il tarixləri ərzində hər ay 33.72 manat, xx.xx.2024-cü il tarixdə isə 33.69 manat olmaqla, ümumilikdə 1634.37 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 Bank qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Buna görə də Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Kreditor Borcalan və Zaminə qarşı birgə cavabdeh kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər . Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas, faiz və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 və Borcalan Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün Borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və Zaminə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019- cu il tarixli 19-M-1-0-89-15 saylı Kredit müqaviləsi üzrə 686.16 (altı yüz səksən altı manat on altı qəpik) manat əsas borc, 1.39 (bir manat otuz doqquz qəpik) manat faiz borcu, 0.94 (doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 688.49 (altı yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli 19-M-1-0-89-15 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızndan müştərək qaydada 686.16 (altı yüz səksən altı manat on altı qəpik) manat əsas borc, 1.39 (bir manat otuz doqquz qəpik) manat faiz borcu, 0.94 (doxsan dörd qəpik) manat cərimə borcu, cəmi 688.49 (altı yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 718.49 ( yeddi yüz on səkkiz manat qırx doqquz qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-410/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-410/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver