Məhkəmə qərarları › İş №e-2(110)-413/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-413/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-413/2024 19.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc 825.91 manat, faiz borcu 416 manat olmaqla, cəmi 1241.91 (bir min iki yüz qırx bir manat 91 qəpik) manat borc məbləğinin və ödənilmiş 32.41 manat dövlət rüsumunun tutularaq “Aqrarkredit“QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Cavabdeh2 arasında 28 aprel 2021-ci il tarixli 4642 saylı kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh2 2000 manat kredit borcunu müqavilə imzalandığı tarixdən illik 24 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 18 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürdüyünü, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 28 aprel 2021-ci il 22/21KKK-03 saylı zaminlik müqavilələri bağlandığını, Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda onun müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da Cavabdeh2 kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 825,91 manat, faiz borcu 416 manat olmaqla, cəmi borcunun 1241,91 (bir min iki yüz qırx bir mana, 91 qəpik) manat məbləğində təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamini Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını, cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarının nəticəsiz qaldığını, qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azerbaijan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər X2 və X1 yaşadığı ünvanlara göndərilsədə, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 28 aprel 2021-ci il tarixli 4642 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 oğlu ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra “kredit” adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 heyvandarlıq məqsədi ilə illik 24 % dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit verməyi, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 28 aprel 2021-ci il tarixli 4642 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 18 ay müddətinə 2000 (iki min) manat krediti xx.xx.2021 – xx.xx.2022 tarixləri ərzində hər ay 133.4 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019 – xx.xx.2021-ci illəri əhatə edən ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh2 ayrı-ayrı vaxtlarda Bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 28 aprel 2021-ci il tarixli 22/21KKK-03 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinin şərtinə əsasən Kredit Təşkilatı ilə Cavabdeh2 (bundan sonra “Boracalan”) 28 aprel 2021-ci il tarixdə bağlanmış 4642 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 2000 (iki min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək. Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Expresspay“ ödəniş sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 32.41 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azerbaijan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit verən” “Kredit alan”a heyvandarlıq məqsədləri üçün illik 24 % dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min) manat kredit vermiş “Kredit Alan” verilmiş krediti xx.xx.2021 – xx.xx.2022 tarixləri ərzində hər ay 133.4 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 da İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə “Zaminlik” müqaviləsi bağlayaraq “Kredit alan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Kredit verən”in “Kredit alan”dan və “Zamin”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh1 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, “Zamin” Cavabdeh1 da onunla birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 32.41 (otuz iki manat qırx bir qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit Alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit Verən”qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit Verən” “Kredit Alan”a və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilərək 28 aprel 2021-ci il tarixli 4642 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 825.91 (səkkiz yüz iyirmi beş manat doxsan bir qəpik) manat əsas borc, 416 (dörd yüz on altı) manat faiz borcu, 32.41 (otuz iki manat qırx bir qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1274.32 (bir min iki yüz yetmiş dörd manat otuz iki qəpik) manat məbləğində pul alınaraq "xxxx" MMM QBKT-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azerbaijan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 28 aprel 2021-ci il tarixli 4642 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 825.91 (səkkiz yüz iyirmi beş manat doxsan bir qəpik) manat əsas borc, 416 (dörd yüz on altı) manat faiz borcu, cəmi 1241.91 (bir min iki yüz qırx bir manat doxsan bir qəpik) manat borc və ödənilmiş 32.41 (otuz iki manat qırx bir qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1274.32 (bir min iki yüz yetmiş dörd manat otuz iki qəpik) məbləğində pul alınaraq "xxxx" MMM QBKT-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar