Məhkəmə qərarları › İş №e-2(110)-425/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-425/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-425/2022 29.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 3944,52 manat əsas, 1085,09 manat faiz, 368,55 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6,05 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 5404,21 manat borcun və 74,04 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının nümayəndəsinin etibarnamə üzrə səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə, yəni iddia qaldırılmamışdan öncə bitmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş üzrə iddiaçının nümayəndəsinin etibarnamə üzrə səlahiyyət müddəti xx.xx.2021-ci il tarixdə bitdiyindən hazırkı iş üzrə ərizəni imzalamağa səlahiyyəti olmayan şəxs hesab olunur. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək borc məbləğinin ödənilməsi barədə cavabdehlə məhkəmədən kənar razılıq əldə olunduğundan iddia ərizəsinə əlavə olunmuş sənədlərin qaytarılması və işin baxılmamış saxlanılması haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən Mərkəzi Bank vasitəsilə X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödədiyi 89,25 manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Mərkəzi Bank vasitəsilə X1 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödədiyi 89,25 manat (səksən doqquz manat iyirmi beş qəpik) dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar