Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-430/2023 24.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh 07 aprel 2022-ci il tarixli, İK1011285 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 8944.55 (səkkiz min doqquz yüz qırx dörd manat 55 qəpik) manat əsas borc, 369.13 (üç yüz altmış doqquz manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 9313.68 (doqquz min üç yüz on üç manat 68 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 113.14 (bir yüz on üç manat 14 qəpik) manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsi Şərur rayon Məhkəməsində e-2(110)-430/2023 saylı mülki iş üzrə Sizin tərəfinizdən baxılması üçün qəbul edildiyini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o keçirilən məhkəmə iclaslarında iştirak etməmiş və bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçınin nümayəndəsi iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən və cavabdeh məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 113.14 (bir yüz on üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 113.14 (bir yüz on üç manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC-yə izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-430/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-430/2023
24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver