Məhkəmə qərarları › İş №e-2(110)-430/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-430/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-430/2024 26.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2499,32 AZN əsas; 373,24 AZN faiz; cəmi 2872,56 AZN pul vəsaitinin və 48,73 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM3515332B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 2500 AZN məbləğində pul mədaxil edildiyini, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kredit və Hesab Müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada xx.xx.2023-cü il tarixli BUMM3515332B299 saylı Kredit və hesab müqaviləsi bağlanmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdeh elektron poçt ünvanına göndərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4 və 2.5-ci maddələrinə əsasən İddiaçı ASC Cavabdeh əşya krediti və platformada təqdim edilən malların və xidmətlərin alışı təyinatlı, 36 (oyuz altı) ay müddətinə, illik 27 faiz ilə 2500 manat məbləğində kredit vermişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BUMM3515332B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka 2499,32 (iki min dörd yüz doxsan doqquz manat otuz iki qəpik) manat əsas borc, 373.24 (üç yüz yetmiş üç manat iyirmi dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2872.56 (iki min səkkiz yüz yetmiş iki manat əlli altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Kapital Bank“ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 48.73 (qırx səkkiz manat yetmiş üç qəpik) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə Mübahisə mövcud deyildir. Elektron poçt ünvanından çıxarışdan görünür ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM3515332B299 saylı Kredit və hesab müqaviləsinə əsasən kreditin verilməsi üçün kredit müqaviləsi və digər zəruri sənədlər Müştərinin elektron poçt ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə Müştəri tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Bank Müştəriyə AZ36A11B410100F**********299 saylı cari hesab açmışdır. Müqavilənin şərtinə görə kredit “Bank” tərəfindən “Müştəri”yə 36 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 2500 manat kredit verilmiş, Müştəri “Kapital Bank" ASC-dən götürdüyü krediti geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materialında olan olunmuş xx.xx.2022 – xx.xx.2024 -cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, “Müştəri”nin BUMM3515332B299 saylı Kredit və hesab müqaviləsinə əsasən “Banka” 2499.32 manat ssuda borcu yaranmışdır. “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank” bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır.. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh elektron formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023cü il tarixli BUMM3515332B299 saylı Kredit və Hesab Müqaviləsinə əsasən 2499.32 manat əsas borc, 373.24 manat faiz borcu, cəmi 2872.56 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 48.73 (qırx səkkiz manat yetmiş üç qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BUMM3515332B299 saylı Kredit və Hesab Müqaviləsinə əsasən 2499.32 (iki min dörd yüz doxsan doqquz manat otuz iki qəpik) manat əsas borc, 373.24 (üç yüz yetmiş üç manat iyirmi dörd qəpik) manat faiz borcu, cəmi 2872.56 (iki min səkkiz yüz yetmiş iki manat əlli altı qəpik) manat borc və ödənilmiş 48.73 (qırx səkkiz manat yetmiş üç qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2921.29 (iki min doqquz yüz iyirmi bir manat iyirmi doqquz qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar