Məhkəmə qərarları › İş №e-2(110)-436/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-436/2024

24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-436/2024 24.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" X5 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərdən "xxxx" KB ASC-nin xeyrinə müştərək qaydada 21081.05 AZN əsas, 2661.52 AZN məbləğində faiz, 974.5 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 24717.07 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 164.16 manat məbləğin və dövlət rüsumunun ödənilməsi üçün 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 19% ödəmək şərtilə 30000 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürdüklərini, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 dekabr 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 21081,05 AZN əsas, 2661,52 AZN faiz, 974,5 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 24717,07 AZN borcu yarandığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor "xxxx" KB ASC-nin öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində mülki iş üzrə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 1172micAHM/22-EM saylı Əsas Kredit və X2 aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minumum 1 (bir) ay, maksimum 120 (bir yüz iyirmi) ay müddətinə xx.xx.2032-ci il tarixindək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kredit məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri bu müqavilə çərçivəsində bağlanan Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Əlavə Kredit Müqavilələri üzrə kredit proseduruna görə komissiya maksimum 3 (üç) faiz müəyyən olunur. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən Əsas Kredit Müqaviləsi çərçivəsində “Borcalan”a verilən kreditlər Əlavə Kredit Müqavilələrinin bağlanması ilə rsmiləşdirilir və hər dəfə verilən kredit üzrə illik faiz dərəcəsi və digər spesifik şərtlər Əlavə Kredit Müqavilələri ilə tənzimlənir. Əlavə Kredit Müqavilələrində onun Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanılmasına dair şərt nəzərdə tutulmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı Əlavə Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Borcverən” 24 (iyirmi dörd) ay müddətinə xx.xx.2024-cü il tarixinədək illik 19 (on doqquz) faiz ödəmək şərti ilə 30000 (otuz min) manat məbləğində krediti 0 (sıfır) ay güzəşt müddəti ilə “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizləri ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə fazilərin tam və ya qismən “Borcverən”in hesabına köçürüldüyü tarix kredit və kreditdən istifadəyə görə faizlərin müvafiq olaraq tam və ya qismən “Borcverən”ə qaytardığı tarix hesab olunur. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda “Bank“bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər Həmin Müqavilənin 4.3 maddəsinə əsasən “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı Zaminlik Müqaviləsindən aydın olur ki, Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" KB ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Zamin Kreditoru qarşısında Borclunun xx.xx.2022-ci il tarixli 919micAHM/22 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2022 – xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 hesabına 30000 manat məbləğində pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə Banka 21081.05 manat əsas, 2661.52 manat məbləğində faiz və 974.5 manat cərimə olmaqla, cəmi 24717.07 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, “Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli 1172micAHM/22-EM saylı nömrəli Kredit və X3 1.1-ci bəndinə əsasən “Borcverən” “Borcalan”a 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minumum 1 (bir) ay, maksimum 120 (bir yüz iyirmi) ay müddətinə xx.xx.2032-ci il tarixindək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 və Cavabdeh3 "xxxx" KB ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” və “Zamin”lər öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq “Bank”a olan borcu müştərək qaydada ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zaminlər Cavabdeh2 və Cavabdeh3 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı nömrəli Kredit və X4 üzrə 21081.05 (iyirmi bir min səksən bir manat beş qəpik) manat əsas borc, 2661.52 (iki min altı yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 974.5 (doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat cərimə, cəmi 24717.07 (iyirmi dörd min yeddi yüz on yeddi manat yeddi qəpik) manat borc, 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 24881.63 (iyirmi dörd min səkkiz yüz səksən bir manat altmış üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli 1172micAHM/22 saylı nömrəli Kredit və X4 üzrə 21081.05 (iyirmi bir min səksən bir manat beş qəpik) manat əsas borc, 2661.52 (iki min altı yüz altmış bir manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 974.5 (doqquz yüz yetmiş dörd manat əlli qəpik) manat cərimə, cəmi 24717.07 (iyirmi dörd min yeddi yüz on yeddi manat yeddi qəpik) manat borc, 164.16 (bir yüz altmış dörd manat on altı qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 24881.63 (iyirmi dörd min səkkiz yüz səksən bir manat altmış üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar