Məhkəmə qərarları › İş №e-2(110)-437/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-437/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-437/2023 31.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22000 manat pulun və dövlət rüsumu üçün ödədiyi 165 manat pulun alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi onun Bakı şəhəri 11 saylı Notariat ofisində bağlanılmış 08 oktyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarılmaq şərtilə Cavabdeh 22000 manat məbləğində pul borc verdiyini, cavabdeh müqavilə öhdəlikləri üzrə borcunu qısa müddətdə ödəməyi öhdəsinə götürməsinə, qaytarma müddətindən 4 aydan artıq müddət keçməsinə baxmayaraq, hazırki vaxtadək borcunu ödəmədiyini, öhdəliklərdən yayınmağa cəhd etdiyini, hər dəfə bir bəhanə ilə onu yola verməyə cəhd etdiyini, müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı dəfələrlə tərəfindən yazılı və şifahi formada borcunu qaytarması tələb edildiyini, eləcə də notariat ofisi vasitəsilə xx.xx.2022-ci ildə rəsmi qaydada cavabdehdən borcunu qısa müddətdə ödəməsii tələb edilməsinə baxmayaraq, öhdəliklər hazırki vaxtadək icra edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etmişdir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəmə baxışı gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində mən maddi imkansızlıqdan bilet alıb Naxçıvan MR Şərur rayonuna gələ və məhkəmə iclasında iştirak edə bilmədiyini, lakin iddia ərizəsini müdafiə etdiyini, iş üzrə bütün sənədləri elektron qaydada sizə təqdim etdiyini, eləcə də, müqavilənin notarial təsdiq edilmiş surətini poçt vasitəsilə məhkəməyə göndərdiyini qeyd edərək məhkəmədən işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında imzalanmış və Bakı şəhəri, 11 saylı Notariat kontorunda təsdiqlənmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alana” 22000 (iyirmi iki min) manat məbləğində borc pul verməyi, “Borc alan” isə krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 vasitəsilə 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının iddia ərizəsində qeyd etdiklərini iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırıb, iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə 22000 (iyirmi iki min) manat borc pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər 11 saylı notariat kontorunun xx.xx.2022-ci il tarixli Kredit müqaviləsidən görünür ki, Cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində borc almış və onu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla onlar arasında xx.xx.2022-ci tarixdə kredit müqaviləsi bağlanmış və bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Kredit verən İddiaçı kredit müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, lakin kredit alan Cavabdeh həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, kredit müqaviləsi üzrə borclu olduğu 22000 manat məbləğində borcu kredit verənə ödəməmişdır. Ona görə də Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş borcun ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iş materialları ilə Cavabdeh Kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetirildiyindən iddia tələbi təmin olunmalı və Cavabdeh kredit müqaviləsi üzrə 22000 (iyirmi iki min) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbində məhkəməyə müraciət etməsi məqsədi ilə ödədiyi 165 (bir yüz altmış beş) manat dövlət rüsumunu tələb etdiyindən, ödənilmiş dövlət rüsumunun əvəzidə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə 22000 (iyirmi iki min) manat borc və 165 (bir yüz altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22165 (iyirmi iki min yüz altmış beş) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar