Məhkəmə qərarları › İş №e-2(110)-437/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-437/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-437/2025 11.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, KM006T07190001S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cəmi borcu 2187,04 manat, bundan 2047,64 manat əsas, 86,12 manat faiz borcu, 0,08 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 53,20 manat faiz borcunun və 41,88 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 mal satışı məqsədilə 18 ay müddətinə 33 faiz dərəcəsi ilə 3800 ABŞ dolları məbləğində kredit verildiyini, Cavabdeh1 kredit verilərkən X4 ilə bank arasında 130011032/ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin bağlandığını, xx.xx.2016-cı il tarixli 001 nömrəli Əlavə Sazişlərə əsasən kredit öhdəliyinin qalığının 2177,06 manat təşkil etdiyini, kredit müddətinin xx.xx.2017-ci il tarixədək uzadıldığını, daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlandığını, həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun AR maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2313 manat məbləğinin restrukturizasiya olunduğunu və borclunun bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürdüyünü, restukturizasiya müqaviləsi 60 ay müddətinə bağlandığını, borclunun son ödəməli tarixin xx.xx.2024-cü il müəyyən edilmişdir. Cavabdehə müqavilə üzrə öhdəliklərin icrası üçün dəfələrlə xəbərdarlıq edilsə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2015-ci tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 33 % dərəcəsi ilə 18 ay müddətinə 3800 ABŞ dolları kredit verilir. İş materiallarında olan xx.xx.2015-ci tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 hesabına 3800 ABŞ dolları kredit köçürülmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 001 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci tarixli ********* nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin qalığı 2177,06 manat borcun ödənilmə müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 001 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci tarixli ********* nömrəli zaminlik müaviləsinin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2019-cu tarixli KM006T07190001S01 nömrəli Restrukturizasiya müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən borclunun AR maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2313 manat məbləği 60 ay müddətinə restrukturizasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu tarixli KM006T07190001S01 nömrəli zaminlik müqaviləsindən görünür ki, X3 xx.xx.2015-ci il tarixli ********* saylı Restrukturizasiya müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, KM006T07190001S01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə, 2047,64 manat əsas, 86,12 manat faiz borcu, 0,08 manat cərimə borcu, 53,20 manat gecikdirilmiş faiz borcu olmaqla, cəmi borcu 2187,04 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 41,88 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında 0.07.2019-cu tarixli Restrukturizasiya müqaviləsi bağlanmış, öhdəliyin təminatı kimi X3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilədən əmələ gələn öhdəliyini tam icra etmədiyi üçün iddiaçıya cəmi 2187,04 manat borcu yaranmışdır. Cavabdehlər Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayonu Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və X1 2047,64 manat əsas, 86,12 manat faiz borcu, 0,08 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 53,20 manat faiz borcu olmaqla, cəmi 2187,04 manat (iki min bir yüz səksən yeddi manat dörd qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 41,88 manat (qırx bir manat səksən səkkiz qəpik) məbləğində vəsait tutularaq İddiaçı KB (ləğv prosesindədir) ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar