Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-438/2025 14.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSCnin xeyrinə xx.xx.2022-ci il tarixli 003A********** saylı kredit razılaşması üzrə 3351.07 manat məbləğində kredit bоrcu, 166.92 manat məbləğində faiz bоrcu və 44.10 manat məbləğində cərimə borcu, cəmi 3562.09 manat, xx.xx.2023-cü il tarixli 003A********** saylı kredit razılaşması üzrə 3079.71 manat məbləğində kredit bоrcu, 202.31 manat məbləğində faiz bоrcu və 39.67 manat məbləğində cərimə borcu, cəmi 3321.69 manat olmaqla, ümumilikdə cəmi 6883 (altı min səkkiz yüz səksən üç) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində bоrcun və ödənilmiş 88.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 003A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etdiyini, həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.5% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürdüyünü, onun xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, onun, götürdüyü kredit bоrcundan 6648.93 manat ödəniş etdiyini və оnun iddiaçıya 3351.07 manat məbləğində kredit bоrcu qaldığını, müqavilənin 7.6- cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat tarixi hesab edildiyini və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başladığını, faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparıldığını, müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, onun, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 94 gün üçün hesablanmış faiz borcu 166.92 manat təşkil etdiyini, müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 94 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 44.10 manat təşkil etdiyini, bundan başqa, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 003A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etdiyini, həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5600 (beş min altı yüz) manat məbləğində kredit götürdüyünü, onun, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, onun, götürdüyü kredit bоrcundan 2520.29 manat ödəniş etdiyini və оnun iddiaçıya 3079.71 manat məbləğində kredit bоrcu qaldığını, müqavilənin 7.6cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edildiyini və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başladığını, faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparıldığını, müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, onun, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 92 gün üçün hesablanmış faiz borcu 202.31 manat təşkil etdiyini, müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 92 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 39.67 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə göndərərək ərizəsində İddiaçı QSC-nin Cavabdeh qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair e-2(110)-438/2025 saylı işi vardır. Hazırda cavabdeh tərəfindən ödənişlər edildiyindən iddia tələbinin azaldılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən və Azərbaycan Rеspublikası Mülki- Prоsеssual Məcəlləsinin 53-cü maddənin tələblərini rəhbər tutaraq Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 003A********** saylı kredit razılaşması üzrə 3079.71 manat məbləğində kredit bоrcu, 202.31 manat məbləğində faiz bоrcu və 39.67 manat məbləğində cərimə borcu, olmaqla, ümumilikdə cəmi 3321.69 manat məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 88.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə azaldılmış iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə İddiaçı QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” e-2(110)-438/2025 saylı mülki iş üzrə iddia tələbini iddia etdiklərini, iş üzrə zəruri sübutları iddia ərizəsinə əlavə etdiklərini, xx.xx.2025-ci il tarixi saat 14:30-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçiriliməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənərlərdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 003A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olduğunu və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etdiyini, həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5600 (beş min altı yüz) manat məbləğində kredit götürmüşdür. Həmin Müqavilənin 7.6-ci bəndinə əsasən kreditin Ərizədə razılaşdırılmış Kart Hesabına və ya Cari Hesaba köçürüldüyü tarix Nağd kredit barədə Müqavilə üzrə Kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu Şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada Kredit Faizlərinin hesablanması başlayır. Həmin Müqavilənin 7.20-ci bəndinə əsasən müştəri Krediti və Kredit Faizini vaxtında Banka qaytarmadıqda, har gecikdirilən gün üçün Kredit qalığının 0.1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh aylıq 1.75% faiz dərəcəsi ilə 36 ay müddətinə 5600.00 (beş min altı yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023xx.xx.2026-cı il tarixləri ərzində ayda 212 manat, xx.xx.2026-cı il tarixində isə 201.77 manat olmaqla, cəmi 7621.77 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh 5600.0 (beş min altı yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh xx.xx.2023-cü il tarixli, 003A********** saylı kredit razılaşması üzrə Banka əsas borcu 3079.71 manat, faiz borcu 202.31 manat, cərimə borcu 39.67 manat, cəmi 3321.69 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 73177496 nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, AccessBank QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin hesabına 88.84 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, "AccessBank” QSC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağladığı 003A********** saylı Kredit razılaşmasına əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin razılaşmaya əsasən, Cavabdeh illik 21% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5600 (beş min altı yüz) manat məbləğində kredit götürmüş, müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023- xx.xx.2026-cı il tarixləri ərzində ayda 212 manat, xx.xx.2026-cı il tarixində isə 201.77 manat olmaqla, cəmi 7621.77 manat pulu AccessBank” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə Kredit razılaşmasına ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kredit verən”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin “Kredit alan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "AccessBank” QSC “Kredit alan”a məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 88.84 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit verən” “Kredit alan” qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 003A********** saylı kredit razılaşması üzrə Cavabdeh 3079.71 manat əsas borc, 202.31 manat faiz borcu, 39.67 manat cərimə, cəmi 3321.69 manat borc və ödənilmiş 88.84 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3410.53 manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 003A********** saylı kredit razılaşması üzrə isə 3079.71 manat əsas borc, 202.31 manat faiz borcu, 39.67 manat cərimə, cəmi 3321.69 manat borc və ödənilmiş 88.84 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3410.53 (üç min dörd yüz on manat, əlli üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-438/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-438/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver