Məhkəmə qərarları › İş №e-2(110)-449/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-449/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-449/2023 11.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 541.90 (beş yüz qırx bir manat doxsan qəpik) manat əsas borcu, 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat faiz borc olmaqla, ümumilikdə 587.47 (beş yüz səksən yeddi manat qırx yeddi qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verildiyini, kredit müqaviləsi borcalanın ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə restruktrizasiya olunduğunu və yeni ödəniş cədvəli tərtib edildiyini, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materillarına əlavə olunmuş 16 iyun 2020-ci il tarixli, İKT1606/05 saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana heyvandarlıq üçün illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. İş materiallarına əlavə olunmuş 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı nömrəli Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh illik 15 % dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2022 tarixləri ərzində 145.46 manat, xx.xx.2022 ci il tarixdə isə 145.45 manat pul olmaqla, cəmi 3491.03 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Məxaric Orderindən görünür ki, müvafiq xidmət haqqılar tutulduqdan sonra Cavabdeh 2944 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka olan kredit borcu ilə əlaqədar onun adına aşılmış hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK1802/04 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə Borcalana verilmiş kreditin qalıq məbləğinin Borcalanın ərizəsinə əsasən restruktrizasiya olunması və Borcalan tərəfindən kredit borcunu müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə xx.xx.2020-ci il tarixli, KT1606/05 saylı Kredit müqaviləsinə Əlavədir və hər bir halda ilkin kredit müqaviləsi hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, xx.xx.2020-ci il tarixli, KT1606/05 saylı Kredit müaviləsi üzrə 850.76 manat qalıq məbləğinin illik 15 % dərəcəsi ilə xx.xx.2023-cÜ il tarixədək kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş kredit borcunun restrukturizasiyasına dair xx.xx.2022-ci il tarixli RK1802/04 nömrəli Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh 850.76 manat məbləğində qalıq kredit borcunu illik 15 % dərəcəsi ilə 18 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində 53.07 manat, xx.xx.2023-cü il tarixdə isə 53.14 manat olmaqla, cəmi 965.57 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il -cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 16 iyun 2020-ci il tarixli, KT1606/05 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə Banka 541.90 (beş yüz qırx bir manat doxsan qəpik) manat əsas borcu, 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat faiz borc olmaqla, ümumilikdə 587.47 (beş yüz səksən yeddi manat qırx yeddi qəpik) manat kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, qeyd olunan müddət ərzində kredit borcunu ödəmədikdə verilmiş kreditin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərləq edilmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamış. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a heyvandarlıq üçün illik 15% dərəcəsi ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2022 tarixləri ərzində 145.46 manat, xx.xx.2022 ci il tarixdə isə 145.45 manat pul olmaqla, cəmi 3491.03 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyindən Borcalanın Banka olan 850.76 manat məbləğində qalıq kredit borcu restrukturizasiya olunaraq illik 15% dərəcəsi ilə 18 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2023 tarixləri ərzində 53.07 manat, xx.xx.2023-cü il tarixdə isə 53.14 manat olmaqla, cəmi 965.57 manat məbləğndə Banka ödənilməsinə dair xx.xx.2022-ci il tarixli RK1802/11 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilə bağlanmışdır. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan”a qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh 541.90 (beş yüz qırx bir manat doxsan qəpik) manat əsas borcu, 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat faiz borc olmaqla, ümumilikdə 587.47 (beş yüz səksən yeddi manat qırx yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 16 iyun 2020-ci il tarixli, KT1606/05 saylı Kredit müqaviləsi üzrə Cavabdeh müştərək qaydada 541.90 (beş yüz qırx bir manat doxsan qəpik) manat əsas borcu, 45.57 (qırx beş manat əlli yeddi qəpik) manat faiz borcu, cəmi 587.47 (beş yüz səksən yeddi manat qırx yeddi qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 617.47 (altı yüz on yeddi manat qırx yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar