Məhkəmə qərarları › İş №e-2(110)-459/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-459/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-459/2024 30.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BUMM2171881B299 saylı kredit müqaviləsinə əsasən 1559.36 AZN əsas, 352.87 AZN faiz, cəmi 1912.23 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, BRED4889113A299 saylı kredit kartına dair müqaviləyə əsasən 257.10 AZN əsas, 41.96 AZN faiz, cəmi 299.06 AZN borcun və ödənilmiş 42.11 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli, BUMM2171881B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1750 AZN məbləğində kredit verildiyini, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli, BRED4889113A299 saylı Kredit müqaviləsinə əsasən ona 500 AZN məbləğində kredit xətti açıldığını, kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini və banka olan borcunu tam qaytarmadığını, bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC arasında elektron qaydada Krediti müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə Bank müştəriyə “Birkart“ödəniş kartı verir, həmin karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xətdindən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında 410100D**********299 saylı cari hesab (bundan sonra – Birbank hesabı və ya hesab) və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə Taksit və Qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Həmin Müqavilənin 4.1, 4.3 və 4.5.1-ci maddələrinə əsasən “Bank” “Müştəriyə” şəxsi istehlak məqsədilə xx.xx.2025-ci il tarixədək qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan və açılmış kredit xətti üzrə ilkin olaraq 500 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə gündəlik olaraq əsas borcun qalıq məbləğinə hesablanır. Həmin Müqavilənin 4.8.2.1-ci bəndində qeyd olunmuşdur ki, nağdsız ödənişlər üzrə istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə, istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu müqavilə ilə müəyyən olunmuş illik kredit faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır... Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən kartdan istifadəyə görə aylıq 1 manat xidmət haqqı tutulması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci tarixdə 500 manat manat məbləğində kreditin verilməsi təmin olunmuş, eyni zamanda o, kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli BUMM2171881B299 saylı Kredit və Hesab müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdehnin elektron poçt ünvanına göndərilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4 və 2.5-ci maddələrinə əsasən İddiaçı ASC Cavabdeh əşya krediti və platformada təqdim edilən malların və xidmətlərin alışı təyinatlı, 36 (otuz altı) ay müddətinə, illik 27 faiz ilə 1750 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cüi tarixdə 1750 manat manat məbləğində kreditin verilməsi təmin olunmuş, eyni zamanda o, kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli, BUMM2171881B299 saylı Kart Kredit müqaviləsinə əsasən 1559.36 AZN əsas, 352.87 AZN faiz; cəmi 1912.23 AZN; xx.xx.2022-ci il tarixli, BRED4889113A299 saylı Kredit müqaviləsinə əsasən 257.10 AZN əsas, 41.96 AZN faiz, cəmi 299.06 borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 42.11 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BRED4889113A299 saylı Kredit müqaviləsinə əsasən Bank” “Müştəriyə” şəxsi istehlak məqsədilə qeyri-taksit əməlliyyatları üzrə illik 25 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan və açılmış kredit xətti üzrə ilkin olaraq 500 manat məbləğində kredit kartının, xx.xx.2023-cü il tarixli BUMM2171881B299 saylı Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 1750 manat məbləğində kreditin verilməsini təmin etmişdir. Kreditin verilməsi üçün kredit müqaviləsi və digər zəruri sənədlər Cavabdeh elektron poçt ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Bank Müştəriyə 410100D**********299 saylı cari hesab açmış və iş materialında olan olunmuş hər iki müqavilə üzrə hesabdan çıxarışdan görünür ki, hər iki müqavilə üzrə kreditin Cavabdeh verilməsi təmin edilmişdir. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 42.11 (qırx iki manat on bir qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, BRED4889113A299 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 257.10 (iki yüz əlli yeddi manat on qəpik) manat, faiz borcu üzrə 41.96 (qırx bir manat doxsan altı qəpik) manat, xx.xx.2023-cü il tarixli, BUMM2171881B299 saylı Kredit və Hesab müqaviləsin əsasən əsas borc üzrə 1559.36 (bir min beş yüz əlli doquz manat otuz altı qəpik) manat, faiz borcu üzrə 352.87 (üç yüz əlli iki manat səksən yeddi qəpik) manat olmaqla, hər iki müqavilə üzrə cəmi 2211.29 (iki min iki yüz on bir manat iyirmi doqquz qəpik) manat borc və 42.11 (qırx iki manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2253.40 (iki min iki yüz əlli üç manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BRED4889113A299 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 257.10 (iki yüz əlli yeddi manat on qəpik) manat, faiz borcu üzrə 41.96 (qırx bir manat doxsan altı qəpik) manat, xx.xx.2023-cü il tarixli, BUMM2171881B299 saylı Kredit və Hesab müqaviləsin əsasən əsas borc üzrə 1559.36 (bir min beş yüz əlli doquz manat otuz altı qəpik) manat, faiz borcu üzrə 352.87 (üç yüz əlli iki manat səksən yeddi qəpik) manat olmaqla, hər iki müqavilə üzrə cəmi 2211.29 (iki min iki yüz on bir manat iyirmi doqquz qəpik) manat borc və 42.11 (qırx iki manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2253.40 (iki min iki yüz əlli üç manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar