Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-461/2025 18.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş olduğu iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC -nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli müqaviləsinin cavabdeh tərəfindən lazımi qaydada icra olunmadığı üçün tərəfimdən ödənilmiş 36.600 manat pulun, şəxsin işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, hüquqi yardıma görə ödədiyim 500 manat pulun cəmi 42100 manat pulun və tərəfimdən ödənilmiş 217 manat dövlət rüsümun cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialında olan sənədlərlə müəyyən olunur ki, iddia ərizəsi elektron qaydada iddiaçının vəkili Vəkil tərəfindən imzalansada, iddiaçı "xxxx" MMC-nin direktoru tərəfindən Vəkil verilmiş etibarnamənin etibarlılıq müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı hazırki iddia tələblə məhkəməyə “Elelktron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə müraciət etdiyindən iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının MPM-in 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından iddiaçı "xxxx" MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinin AZ60AİİB******************** nömrəli xəzinə hesabına ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi geri qaytarılsın. İddiaçı "xxxx" MMC-yə izah olunur ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. İddiaçı "xxxx" MMC tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinin AZ60AİİB******************** nömrəli xəzinə hesabına ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-461/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-461/2025
18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver