Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-47/2023 17.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun alınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat əsas, 1175.35 ( bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat faiz, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat borcun, həmçinin ödənilmiş 125.49 (yüz iyirmi beş manat qırx doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müdddətinə nağd şəkildə istifadə olunmaqla 15000 (on beş min) manat məbləğində kredit verildiyini və bununla bağlı “Azər-Türk Bank" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlandığını, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli 1035945/21611 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 ona zamin durduğunu, Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək Zamin, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götüdüyünü, Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə əsas borcu 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat, faiz borcu 1175.35 (bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehlərə göndərilmiş preytenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurduğunu, bununla da cavabdehlərin kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yarandığını, hal-hazırda cavabdehlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas və ona hesablanmış faiz borcunun 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdehlər tərəfindən təmin edilməli olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat əsas, 1175.35 ( bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat faiz, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat borcun, həmçinin ödənilmiş 125.49 (yüz iyirmi beş manat qırx doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 23 dekabr 2022-ci tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Şərur Rayon Məhkəməsinə müraciət edərək "Azər-Türk Bank” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməklə və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanmaqla məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 23 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, həqiqətəndə xx.xx.2021-ci il tarixdə “Azər-Türk Bank" ASC-dən 15000 manat məbləğində kredit götürdüyünü, anası xəstə olduğu üçün onun müalicəsinə çoxlu miqdarda pul xərclədiyinə görə krediti ödəyə bilmədiyini, İddiaçı ASC ilə razılaşaraq borcunu hissə-hissə ödəməyə çalıaşacağını bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 23 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında həqiqətən də Cavabdeh2 xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-dən 15000 manat məbləğində kredit götürdüyünü, özünü də Nicata zamin durduğunu, Nicatın anası xəstə olduğu üçün onun müalicəsinə çoxlu miqdarda pul xərclədiyini, görə krediti vaxtında ödəyə bilmədiyini, Nicatın İddiaçı ASC ilə yenidən müqavilə bağlamağa çalışaraq borcunu ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini, cavabdehlərin əvvəlki məhkəmə iclasında verdikləri izahatları iş materialında olan sənədlərlə birlikdə tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli ******* nömrəli Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə, illik 21 % dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində istehlak kredit vermişdir. Həmin Müqavilənin 1.1.3-cü bəndinin 10-cu abzasına əsasən Müştəri kreditin rəsmiləşdirilməsi üçün Banka xidmət üzrə 2 % (minumum 50 manat) miqdarında birdəfəlik bank komissiyası ödəyir. İş materialında olan xx.xx.2020-ci il tarixli Kassa məxaric orderinin sürətindən görünür ki, Bank tərəfindən birdəfəlik bank komissiyası tutulduqdan sonra Cavabdeh2 14700 (on dörd min yeddi yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli ******* nömrəli Kredit müqaviləsinə Əlavəyə- Ödəniş cədvəlinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti xx.xx.2021 xx.xx.2024 tarixləri ərzində ayda 565.13 manat, xx.xx.2024 tarixində isə 564.93 manat olmaqla, cəmi 20344.48 manat pulu "xxxx" ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 1035945/21611 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə "xxxx" ASC -nin Naxçıvan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən “Borcalan”a veriləcək 15000 (on beş min) manat məbləğində kreditlə əlaqədar olaraq “Borcalan” Bankdan qarşısnda öz öhdəliklərinin tamamilə yerinə yetirinədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən ”Zamin” bank qarşısında “Borcalan”-in, xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faziləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri və.s üçün məsuliyyət daşıyır. İş materialında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyanın sürətindən görünür ki, borcun 5 gün ərzində 857.14 manat gecikdirilmiş borcu ödəməyəcəyi təqdirdə, Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 10521.06 manat əsas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuş, lakin cavabdehlər tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materialında olan Maliyyə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat, faiz borcu üzrə 1175.35 ( bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat ”Azər-Türk Bank" ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövət büdcədinə 125.49 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ”Azər-Türk Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* nömrəli Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən Bank tərəfindən “Borcalan”a şəxsi istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə, illik 21 % dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində kredit verilmiş, “Borcalan” isə aldığı krediti xx.xx.2021 - xx.xx.2024 tarixləri ərzində ayda 565.13 manat, xx.xx.2024 tarixində isə 564.93 manat olmaqla, cəmi 20344.48 manat pulu “Azər-Türk Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 ”Azər-Türk Bank” ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Ağayev X1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1da onunla birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zamin” Cavabdeh1 da kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Bank” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Bank” borcun alınması ilə bağlı “Borcalan” Cavabdeh2 və “Zamin” Cavabdeh1 qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə toplanmış sübütlara məcmu halında qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin edilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən əsas borc üzrə 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat, faiz borcu üzrə 1175.35 ( bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat olmaqla, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat məbləğində pul alınaraq iddiaçı “Azər-Türk Bank" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 125.49 (yüz iyirmi beş manat qırx doqquz qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən əsas borc üzrə 10521.06 (on min beş yüz iyirmi bir manat altı qəpik) manat, faiz borcu üzrə 1175.35 ( bir min yüz yetmiş beş manat otuz beş qəpik) manat, cəmi 11696.41 (on bir min altı yüz doxsan altı manat qırx bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125.49 (yüz iyirmi beş manat qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə 11821.9 (on bir min səkkiz yüz iyirmi bir manat doxsan qəpik) manat məbləğində pul alınaraq “Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-47/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-47/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver