Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-470/2023 25.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 370 manat əsas borc, 37 manat gecikdirilmiş peniya pulu, 13 manat notarius xərci olmaqla cəmi 420 manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınıb İddiaçı2 MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, İddiaçı1 təsisçisi olduğu İddiaçı2 MMC-nin nümayədəsi olduğu halda, elektron iddia ərizəsində İddiaçı2 MMC ilə birgə iddiaçı kimi qeyd olunmuş, həmçinin iddia ərizəsini iddiaçı statusu ilə imzalamışdır. Həmçinin ərizəyə qanuni təmsilçi olmasını təsdiq edən kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarış (www.taxes.gov.az saytından əldə olunur) əlavə edilməmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılır ki, tələb olunan məbləğ 5000 manatdan aşağı olduğundan müvafiq sübutlar əlavə edilməklə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia qaldırılması mümkündür. Məhkəmənin əsaslandırması: Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı1 geri qaytarılsın. İddiaçı tərəfindən Mərkəzi Bank vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzlə ödənmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı1 geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-470/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-470/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver