Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-470/2024 06.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 120,00 (bir yüz iyimi) manat sığorta ödənişi məbləğinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 150,00 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində "xxxx" ASC ilə X3 arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlandığını və “VAZ 21074” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nizami rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi törətdiyini və nəticədə “Kia Magentis” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğunu, qeyd olunan zərərlərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 120,00 (bir yüz iyimi) manat məbləğində sığorta ödənişi həyata keçirildiyini, yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında protokol daxil olduğunu, həmin protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilindiyini və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunduğunu, Nizami RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilindiyini və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yarandığını, qeyd olunanlara əsasən, iddiaçının sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 120,00 (bir yüz iyimi) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malik olduğunu, cəmiyyətləri tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1013 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətlərinə ödənilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair cavabdehin yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.Belə ki, iş materiallarında olan: - PAA********** nömrəli sığorta müqaviləsindən görünür ki, «VAZ 21074» markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır. - xx.xx.2019-cu il tarixli hesablamadan görünür ki, X1 idarə etdiyi «KİA MAGENTİS» markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 120 manatdır. - 19-07803/08/AA-6563/19 nömrəli sığorta aktından görünür ki, «KİA MAGENTİS» markalı avtomobilin təmiri üçün X2 120 manat sığorta ödənişi ödənmişdir. - xx.xx.2020-ci il tarixli köçürmədən görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 120 manat ödəniş edilmişdir. - Nizami rayon DYPŞ-nin xx.xx.2019-cu il tarixli AP ******* nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2019-cu il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 100 manat inzibati cərimə edilmişdir. - Cavabdeh Bakı şəhəri Nizami RPİ DYŞP-nin rəisinə verdiyi xx.xx.2019-cu il tarixli izahatında hadisəni törətməyi etiraf etmişdir. Elektron qaydada imzalanmış ********* nömrəli, xx.xx.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi «VAZ 21074» markalı, ** TR *** dövlət qeydiyyat nişanlı minik avtomobili "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək sığortalanmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi «VAZ 21074» markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi «KİA MAGENTİS» markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı «KİA MAGENTİS» markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 120 (bir yüz iyirmi) manat müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləği X1 bank hesabına ödəmişdir. Buna görə də, Cavabdeh nəqliyyat hadisəsi yerindən yayındığına görə iddiaçı "xxxx" ASC-nin ona qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır; - 63.1- ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, Cavabdeh yol nəqliyyat hadisəsi yerini tərk etməsi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon X6 şöbəsinin xx.xx.2019-cu il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənədlərdən aydın olur ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında 120 (bir yüz iyirmi) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 120 (bir yüz iyirmi) manat ödənilmiş sığorta ödənişi və 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 150 (bir yüz əlli) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-470/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-470/2024
06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver