Məhkəmə qərarları › İş №e-2(110)-478/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-478/2025

17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-478/2025 17.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1009 (bir min doqquz) manat 77 (yetmiş yeddi) qəpik və mediasiya xərci üçün ödənilmiş 60 (altmış) AZN məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsində İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunduğunu, xx.xx.2023-cü il tarixli əmrlə administrator vəzifəsinə keçirildiyini və “X2” haqqında müqavilə imzalandığını, xx.xx.2024-cü il tarixli əmrlə işdən azad edildiyini, Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini, belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin “OBA Nargilə 3” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edildiyini, xx.xx.2024-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2145 (iki min yüz qırx beş) manat 41 (qırx bir) qəpik məbləğində zərər vurması məlum olduğunu, sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirildiyini, maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1009 (bir min doqquz) manat 77 (yetmiş yeddi) qəpik borc qaldığını, beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1009 (bir min doqquz) manat 77 (yetmiş yeddi) qəpik borcu qalmaqda olduğunu, qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilmədiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2023-cü il tarixli 125/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən satıcı-kassir vəzifəsinə təyin edilmişdir; - xx.xx.2023-cü il tarixli 307 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində Administrator vəzifəsinə keçirilmişdir; - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür; - xx.xx.2024-cü il tarixli 721 nömrəli növbədənkənar invertarizasiyanın aparılması haqqında əmrdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel 114 prospektində yerləşən OBA-NARGİLE 3 mağazasında adminstrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların, mağazaya yeni adminstrator təyin olunmuş maddi məsul şəxs X1 bilavəsitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin yoxlanmasının aparılması məqsədi ilə işçi qrupu yaradılmışdır və bu barədə akt tərtib olunmuşdur; - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, yoxlama dövrünün ümumi nəticəsinə əsasən Cavabdeh 2145.41 manat kəsiri gəlmişdir; - aktivlər üzrə invertarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, Cavabdeh İddiaçı MMCnin Oba – NARGİLE 3 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış xx.xx.2024-cü il tarixli inventarizasiya nəticəsində Cavabdeh mağazaya 2145.41 manat məbləğdə zərər vurması müəyyən edilmişdir; - xx.xx.2024-cü il tarixli 44-x saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) xitam verilmişdir; - 24 dekabr 2024-cü il tairxli “OBA Market“ MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşdırılmış təftiş yoxlaması barədə arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 2145.41 (iki min yüz qırx beş manat, 41 qəpik) AZN çatışmamazlıq müəyyən edilmişdir. Çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1009.77 (bir min doqquz manat, 77 qəpik) AZN borc qalmışdır. Beləliklə Cavabdeh 24 dekabr 2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1009.77 (bir min doqquz manat, 77 qəpik) AZN təşkil edir; - xx.xx.2023-cü il tarixli, MŞB/4-2023-00128 nömrəli Mediasiya sessiyasıda iştirak edilməsi barədə arayışdan görünür ki, məhkəməyə müraciət etmək üçün “OBA Market“MMC tərəfindən 50 manat məbləğində mediasiya xərci, poçt-kargüzarlığı üçün 10 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 125/İQ saylı əmrdən çıxarışa əsasən, Cavabdeh İddiaçı MMC-də xx.xx.2023-cü il tarixdən satıcı kassir, xx.xx.2023-cü il tarixli 307 saylı əmrdən çıxarışa əsasən, xx.xx.2023-cü il tarixdən isə Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində şöbəsinə Administrator vəzifəsinə qəbul olunmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləinin 199-200-cü maddələrinə əsasən X2 haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən işçinin ona işəgötürən tərəfindən etibar eidlmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini X2 ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. Həmçinin məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən eilmişdir ki, xx.xx.2024-cü il tarixli aktivlər üzrə müvafiq inventarizasiya nəticələrinə dair mühasibat-uçot sənədlərinə əsasən əksikgəlmə məbləği 2145.41 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan məbləğdən 1135.64 manat məbləğinin cavabdehə güzəşt edildiyini, qalıq borc qismində 1009.77 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmişdir. İşəgötürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, işçiyə təhvil verilmiş malların siyahısının faktiki yoxalnılması zamanı, habelə inventarizasiya nəticələrinə əsasən malların sayında əksikgəlmə halının baş verdiyini, bunun nəticəsində işəgötüərən maddi ziyan vurulduğunu əsas gətirərək, cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir; - 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; - 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. - 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur; - 194-cü maddəsinin 2-ci hissəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; - 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır; - 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. - 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat pulun cavabdehdən alınıb ona ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsinə dair hissədə təmin edildiyindən iddia tələbi mediasiya xərcinə dair hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.9-cu maddəsinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1009.77 manat məbləğində pul vəsaiti və ödənilmiş 60 (altmış) manat məbləğində Mediasiya xərci Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1009.77 (bir min doqquz manat yetmiş yeddi qəpik) manat borc və 60 (altmış) manat ödənilmiş Mediasiya xərcinin əvəzi olmaqla, ümumilikdə 1069.77 (bir min altmış doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar