Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-482/2024 08.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 50 manatın, ümumilikdə 500 (beş yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Cavabdeh iddia ərizəsində İddiaçı MMC-nin təsisçisi, Nümayəndə Cavabdeh ilə 17 mart 2021-ci il tarixində 160 nömrəli kredit-satış müqaviləsi müqaviləsi bağladıqlarını, 17 mart 2021-ci il tarixində 160 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Samsung J7” markalı telefonu 5 aylıq kreditlə 600 manat dəyərində aldığını və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 150 manat ödənildiyini, lakin hazırda qalan 450 manat borcu ödməkdən imtina etdiyini, eyni zamanda, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulduğunu, cavabdehin yuxarıda qeyd olunan 17 mart 2021-ci il tarixli 160 nömrəli müqavilədən yaranan 450 manat əsas borcu olduğunu, bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 50 manat peniya və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilələrdən aydın olur ki, həqiqətən də Cavabdeh ilə İddiaçı MMC arasında 17 mart 2021-ci il tarixli 160 saylı Malların nisyə “alqı-satqı”sı (kredit-satış) Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 17 mart 2021-ci il tarixli 160 saylı Malların nisyə alqı-satqısı kreditsatış Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Mal (habelə ismin cəm halında “Mallar”) müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də qeyd olunmuş “Mallar”ı “Müqavilə” üzrə “Satıcı” tərəfindən “Alıcı”nın mülkiyyətinə verilən və adı, çeşidi “Əlavə-1”də göstərilən əmtəədir. “Mal” “Satıcı”nın mülkiyyətindədir və üçüncü şəxslərin hüquqları ilə yüklü deyildir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-1”də göstərilən “Mallar”ı verməyi (satmağı) “Alıcı” isə müvafiq olaraq həmin ”Mal”ı qəbul etdikdən sonra “Müqavilə”də göstərilən “Mal”ın ümumi məbləğini bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” göstərilən qaydada ödəməyi öhdəsinə göstərilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən “Mallar”ın qiyməti “Mallar”ın ümumi dəyəri 600 AZN təşkil edir. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin ayrılmaz tərkib hissəsi olan “Əlavə-2 ödəniş cədvəlində” müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqavilə”yə görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5% məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. İş materiallarında olan Əlavə nömrə 1 – malın və məlumatın təsdiq edilməsi protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 600 manat olan “Samsung J7” telefonu “Satıcı” tərəfindən yoxlanılaraq “Alıcı”ya təhvil verilmişdir. İş materiallarında olan Əlavə nömrə 2 – malın müqavilə üzrə dəyərinin ödənilmə qaydası – Ödəniş Cədvəli protokoluna əsasən “Alıcı” İddiaçı MMC-dən dəyəri 600 manat olan “Samsung J7” telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 100 manatını nağd qaydada ödəyərək, qalan 500 manatı xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə 450 manat əsas borc, 50 manat cərimə olmaqla, ümumilikdə 500 manat borcu mövcuddur. İş materiallarında olan 56994218 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “dövlət büdcəsinə 30 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli 160 saylı, Malların nisyə “alqı-satqı”sı (kredit-satış) müqaviləsinə əsasən alıcı Cavabdeh İddiaçı MMC-dən qiyməti 600 manat olan “Samsung J7” telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır. “Alıcı” Alınan malın 100 manatını nağd qaydada ödəyərək, qalan 500 manatı xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixlərdə hər ay 100 ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqavilənin 4-cü bəndinə əsasən Alıcı borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Satıcı” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Satıcı” “Alıcı”ya qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, Cavabdeh 450 (dörd yüz əlli) manat əsas borc, 50 (əlli) manat cərimə, cəmi 500 (beş yüz) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1-284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 17 mart 2021-ci il tarixli 160 saylı Malların nisyə “alqı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 450 (dörd yüz əlli) manat, cərimə olaraq 50 (əlli) manat, cəmi 500 (beş yüz) manat borc və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-482/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-482/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver