Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-49/2024 25.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, iddiaçı "xxxx" MMM-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" QBKT MMM-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5615 manat əsas, 105 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5720 manat (beş min yedi yüz iyirmi) borcun və 77,2 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi iddiaçı "xxxx" QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0671 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verildiyini, kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 325 manat ödəniş etməsinin razılaşdırıldığını, həmin tarixli **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********0***-******* saylı zaminlik müaviləsi ilə də Cavabdeh3 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. Mülki iş üzrə əsas borclu Cavabdeh1 öldüyündən onun vərəsələri müəyyən edilənədək iş üzrə icraat xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. Şərur Rayon 1 və 2 saylı Notariat Ofislərinə Cavabdeh1 vərəsələrinin dairəsinin müəyyən olunubolunmadığını, olduğu təqdirdə isə hansı vərəsənin mirası qəbul etməsi barədə edilən sorğulardan əldə edilən məlumata əsasən Cavabdeh1 adından vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməmişdir. İşdə iştirak edən şəxsin izahatı: xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etdiyini, müqavilə üzrə zamin qismində iştirak etdiyini, əsas borclunun yoldaşı olduğunu, onun mart ayında vəfaf etdiyini, ondan sonra borcu ödəyə bilmədiklərini, öz adına da kredit götürdüyündən pensiyasından həmin kreditə çıxıldığını, oğlunun isə ailəli olduğunu, ailəsini ancaq dolandırdığını, ona görə də borclarını ödəyə bilmədiklərini bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər isə heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********0671 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 26% dərəcəsi ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********0***-******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 hesabına 6000 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit kartının qəbul aktından görünür ki, Cavabdeh1 **********283404 saylı kredit kartı təhvil verilmişdir. İş materiallarında olan 14.9.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5615 manat əsas, 105 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 5720 manat borcu var. İş materiallarında olan Elektron Məhkəmə Sistemindən sorğudan məlum olur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, Şərur Rayon 2 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Cavabdeh1 adından vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" QBKT MMM ilə Cavabdeh1 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, qəbz və.s) sübuta yetirmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddianı qəbul etdiyini bildirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarına əsasən borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İş üzrə Notariat ofisinin məktubundan da aydın olur ki, Cavabdeh1 adından vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilməmişdir. Buna görə də iddiaçının zaminlərə qarşı iddia tələbi əsaslıdır. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********0671 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən borc alan müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 77,20 manat (yetmiş yeddi manat iyirmi qəpik) dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5615 manat əsas, 105 manat faiz olmaqla, cəmi 5720 (beş min yeddi yüz iyirmi) manat borc və ödənilmiş 77,20 manat (yetmiş yeddi manat, iyirmi qəpik) dövlət rüsumu alınaraq "xxxx" QBKT MMM-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-49/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-49/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver