Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-491/2025 09.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X18 Elmar oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh ilə arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” 12 sentyabr 2022-ci il tarixli müqaviləsinin cavabdeh tərəfindən lazımi qaydada icra olunmadığı üçün tərəfindən ödənilmiş 36600 manat pulun, işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, hüquqi yardıma görə ödədiyi 500 manat pulun, cəmi 42100 manat pulun və ödənilmiş 217 manat dövlət rüsümunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X10 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 vurulmuş maddi zərərin əvəzi olaraq 49150 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, ümumilikdə 99150 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən iddiaçı X5 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması, iddia tələbinin maddi zərərin ödənilməsi və Cavabdeh qarşı münasibətdə təmin edilməməsi qərara alınmışdır. İddiaçı X2 rayon Məhkəməsindən apellyyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4007/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)- 1082/2024 nömrəli qətnaməsi qismən-iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaiti tutularaq X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e2(006)- 1082/2024 nömrəli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Üzürlü səbəblərə görə qətnaməni tərəfimizdən mübahisələndirə bilməmişik. Tibbi xidmətlərin göstərilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli Müqavilənin 6.1-ci bəndinə görə “İcraçı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən “İcraçı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin Müqavilənin 3.2.3-cü və 3.2.4-cü bəndlərinə əsasən xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək və xidməti vicdanla yerinə yetirib “Sifarişçiyə” təhvil vermək kimi vəzifələri göstərilmişdir. Cavabdehə yazılı qaydada pretenziya poçt vasitəsilə, eləcə də istifadəsində olan ***-***-**-** mobil nömrənin vatsapına pretenziya məktubu əlavə edilmiş, məhkəmədən öncə həll olunması cavabdehə bildirilsə də, qarşılıqlı razılaşma əldə olunmamışdır. Qeyd etməliyik ki, cavabdehin hərəkət (hərəkətsizliyin) görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzuna xələl dəymiş, cavabdeh klinika ilə imzaladığı xidməti müqavilənin şərtlərini kobud qaydada pozaraq əməliyyatı yetərincə yerinə yetirməmişdir. İddiaçı X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adını müxtəlif dövlət orqanlarına ünvanlandığı şikayət ərizələri əsasında araşdırma aparılmış və Cəmiyyət hər yerdə bununla bağlı açıqlama vermiş, hətta Nəsimi Rayon Prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar da qəbul edilmişdir. İddiaçının nümayəndəsi-Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2022-ci il tarixdə MedAura Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14 (sifarişçi) ilə həkim cərrah Cavabdeh (icraçı) arasında bağlanılmışdır. xx.xx.2022-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilənin: 1.1-ci bəndində qeyd olunmuşdur ki, “sifarişçi” cərahi tibbi xidmətlərin göstərilməsini sifariş verib “icraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürür. 6.1-ci bəndində qeyd olunmuşdur ki, “İçracı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. 6.2-ci bəndində qeyd olunmuşdur ki, “İçracı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, X3 “MedAura” Klinikasında sünnət edilməsi ilə əlaqədar həkim cərrah Cavabdeh əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X6 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X5 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat məbləğində pul tutulması qət olunmuşdur. Həmin qətnamənin məzmunundan görünür ki, X3 «MedAura» Klinikasında «sünnət» əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, bununla əlaqədar olaraq həkim Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə (mənəvi ziyan ilə bağlı) daha tez əlçatanlığını təmin etmək, "xxxx" MMC-nin hüquqi şəxs olaraq maddi imkanlarının olması ehtimalının yüksək olması məhkəmə tərəfindən nəzərə alınaraq 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh "xxxx" MMC –dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx" MMC-nin digər təqslirli cavabdehdən həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e- 2(006)-1082/2024 nömrəli qətnaməsinin qismən-iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, X6 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaitinin tutularaq X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 aprel 2024cü il tarixli, e-2(006)-1082/2024 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin məzmunundan da görünür ki, həmin qətnamə ilə də X3 «MedAura» Klinikasında «sünnət» əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyatın qüsurlu icra olunması inkar edilməmiş, birinci instansiya məhkəmənin zərərçəkmiş şəxsə dəymiş mənəvi ziyanın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına hər hansı bir irad bildirilməmiş, bununla yanaşı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına qərar verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Nəsimi RİŞ-nin hesabına ümumilikdə 38.243.32 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, tərəflər arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli müqaviləsindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin qarşılıqlı razılaşma əldə olunmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 “MedAura” Klinikasında sünnət əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, nəticədə zərərçəkmiş şəxsə maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ümumilikdə 36.600 manat (26.600 manat maddi və 10.000 manat mənəvi zərər) həkim Cavabdeh işlədiyi "xxxx" MMC-dən zərərçəkmişin xeyrinə tutulmuşdur. Həmin qətnamələrdə Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə daha tez əlçatanlığını təmin etmək məqəsədilə məhkəmələr tərəfindən zərərçəkmiş şəxsə ödəniləcək məbləğlərin "xxxx" MMC–dən tutulması qərara alınmış, bu halın gələcəkdə "xxxx" MMC-nin digər təqsirli cavabdehdən, yəni həkim Cavabdeh həmin pulun reqres qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur. Qeyd etmək zəruridir ki, iş materiallarından görünür ki, hazırki iş üzrə cavabdeh həkim Cavabdeh həmin qətnamələri mübahisələndirməmiş, qətnamələr üzrə maddi və mənəvi ziyana görə müəyyən edilmiş məbləğlər onun işlədiyi "xxxx" MMC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki Məcəllənin 1114.1-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin müvafiq tələblərini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək (xidmət) müqaviləsi əsasında həkim-cərrah vəzifəsində çalışmış və X4 qarşı cərrahi əməliyyatı həmin əmək funksiyalarını icra edərkən həyata keçirmişdir. Bu baxımdan, vurulmuş zərər Mülki Məcəllənin 1114.1-ci maddəsinə uyğun olaraq işçinin qulluq vəzifələrinin icrası zamanı baş vermiş hesab olunur. Odur ki, işəgötürən olan "xxxx" MMC zərərin əvəzini ödədikdən sonra cavabdeh həkimə qarşı ödənilmiş məbləğ miqdarında reqres tələbi irəli sürmək hüququna malikdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, e-2(006)- 1082/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 saylı qətnamələri əsasında X7 xeyrinə ödənilmiş ümumilikdə 36600 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, o cümlədən hüquqi yardıma görə ödədiyi 500 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edərkən bu tələblərini heç bir konkret sübutla (məsələn: müştərilərin kəskin azalması, gəlirlərdə konkret düşüş, reklam/reputasiya bərpası üçün çəkilmiş sənədləşdirilmiş xərclər, həmçinin iddiaçı tərəfindən vəkilə həqiqətən 500 manat ödənildiyini təsdiqləyən ödəniş qəbzi və ya vəkillə bağlanmış müqavilə və.s) əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Məhkəmə Cavabdeh X3 «MedAura» Klinikasında «sünnət» əməliyyatı ilə əlaqədar olaraq özünün təqsirsiz olması ilə bağlı etirazlarına münasibətdə qeyd etmək istəyir ki, hazırki məhkəmə qətnaməsi ilə məhkəmə onun baş vermiş hadisədə təqsirli və ya təqsirsiz olması məsələsinə yenidən hüquqi qiymət vermir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh X3 «MedAura» Klinikasında həyata keçirilən «sünnət» əməliyyatı ilə əlaqədar olaraq təqsirli olması qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 saylı qətnamələri ilə artıq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1082/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4007/2024 saylı qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; -Cavabdeh 36600 (otuz altı min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -İddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -Tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 manat məbləğində dövlət rüsumunun 188.65 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 36600 (otuz altı min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Medaura Klinikası Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumunun 188.65 manat (bir yüz səksən səkkiz manat altmış beş qəpik) hissəsi Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-491/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-491/2025
09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver