Məhkəmə qərarları › İş №e-2(110)-508/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-508/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-508/2021 27.12.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d im: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə Banka 32291.94 (otuz iki min iki yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borcu, 1447.23 (bir min dörd yüz qırx yeddi manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 6399.67 (altı min üç yüz doxsan doqquz manat altmış yeddi qəpik) məbləğində cərimə borcu olmaqla, cəmi 40138.84 (qırx min bir yüz otuz səkiz manat səksən dörd qəpik) manat borcun və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli Kredit müqaviləsi üzrə cavabdehə illik 20% dərəcəsi ilə, 48 ay müddətinə, 50000 (əlli min) manat məbləğində kredit verdiyini, hazırda cavabdehin kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd edərək, Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə Banka 32291.94 (otuz iki min iki yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borcu, 1447.23 (bir min dörd yüz qırx yeddi manat iyirmi üç qəpik) manat məbləğində faiz borcu, 6399.67 (altı min üç yüz doxsan doqquz manat altmış yeddi qəpik) məbləğində cərimə borcu olmaqla, cəmi 40138.84 (qırx min bir yüz otuz səkiz manat səksən dörd qəpik) manat borcun və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən 20.10.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin atırılması barədə ərizə ünvanlayaraq ərizədə hazırda icraatda olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair e-2(110)-508/2021 saylı mülki iş üzrə cavabdehin işin məhkəmədə baxışı zamanı iddiaçıya olan əsas borcu üzrə faiz və cərimə borcları artdığı üçün iddia tələbinin həcminin artırılması qərarına gəldiklərini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətləin iin məhkəmədə nbaxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsini nəzərə alaraq məhkəmədən Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə Banka 32291.94 (otuz iki min iki yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borcu, 10140.41 (on min bir yüz qırx manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 5.60 (beş manat altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 42437.95 (qırx iki min dörd yüz otuz yeddi manat doxsan beş qəpik) manat və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 2(110)-508/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərardadla mülki işə artırılmış iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. İddiaçı təşkilat "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi 20.12.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində icraatınızda iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair 2(110)- 508/2021 saylı mülki iş olduğunu, səhhəti ilə əlaqədar hava limanının uçuş vasitələrindən istifadə edə bilmədiyindən, Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında digər gediş-gəliş vasitəsi olmadığından 27.12.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirərək, mülki işə iştirakları olmadan baxıb qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı təşkilat "xxxx" ASC-nin nümayəndəsi Elektron Məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə məhkəməyə yazılı izahatını göndərərək izahatında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş üzrə e-2(110)-508/2021 saylı, 01.09.2021-ci il tarixli qərardad əsasında məhkəmə-mühasibatlıq ekspertizasının təyin edildiyini və həmin ekspertizanın 11.11.2021-ci il tarixli rəyinə əsasən Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsinin şərtlərinə görə fərdi ödəniş cədvəlinə və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh 24 aprel 2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 18 oktyabr 2021-ci il tarixinə (maliyyə arayışının verildiyi tarixə) əsas borc üzrə 32280.23 (otuz iki min iki yüz səksən manat 23 qəpik), faiz borcu üzrə 7119.58 (yeddi min iki bir yüz on doqquz manat 58 qəpik) manat müəyyən olunduğunu, ekspertiza rəyində həmçinin Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsinə əsasən kredit müqviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulduğunu, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamadığını, buna görə də, hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmadığının qeyd olunduğunu, məhkəmə-mühasibatlıq ekspertizasının kredit müqaviləsi üzrə hesablamaları düzgün aparmadığını və tədqiqat nəticəsində pozuntulara yol verdiyini, məhkəmə-mühasibatlıq ekspertizası hesablamalarında əsas borcun məbləğinin fərqləndiyini və faiz hesablamaları üzrə 20 faiz əsas götürüldüyünü, halbuki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü maddəsinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 40 (qırx) faiz hesablandığını və borcalan tərəfindən kreditora ödənildiyini, bu səbəbdən hesablanmış faiz məbləğlərində fərq yarandığını, eyni zamanda cavabdehlə 2020-ci ilin aprel ayından 2020-ci ilin sentyabr ayınadək hesablanmış faizlərin cavabdehə borcun ödənilməsinə 5 ay müddətində güzəşt müddəti verildiyi üçün toplandığını və bunun 18.10.2021-ci il tarixli maliyyə arayışında göstərildiyini, lakin ekspert hesablamalarında bu məqamın nəzərə alınmadığını, ekspert tərəfindən nəzərə alınmayan mühim halın cərimə məbləğinin ümumiyyətlə hesablanmaması olduğunu, iş materiallarına əlavə edilən 10.06.2021-ci il tarixli maliiyə arayışında 5.60 manat cərimə məbləği göstərilsə də və hətta bu rəqəmlərin ekspert rəyinin tədqiqi hissəsində öz əksini tapsa da, məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticə hissəsində 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulduğu, lakin bank tərəfindən təqdi edilmiş hesabdan çıxarış məlumatlarında bankın cərimə hesablamadığı, buna görə də, hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmadığının qeyd edildiyini, məhkəmə-mühasibatlıq ekspertizasının 11.11.2021-ci il tarixli rəyinin düzgün tərtib edilmədiyini, tədqiq edilməli yazılı sübutların tam və aydın şəkildə tədqiq edilmədiyini və bununla rəyin əsaslı olmasına şübhələr yaratdığını qeyd edərək, məhkəməmühasibatlıq ekspertizasının 11.11.2021-ci il tarixli rəyinin sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materillarına əlavə olunmuş Kredit Müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin “İçərişəhər” filialı ilə Cavabdeh arasında 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli Kredit Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, Borcalanın isə bu Müqavilədə nəzərddə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri Kreditora ödənilməsinə dair pul öhdəliyidir. Həmin Müqavilənin 2.1, 2.3 və 2.4-cü bəndinə əsasən əsasən Kreditor Borcalana illik 20 % dərəcəsi ilə, 48 ay müddətinə, 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 40% hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən Borcalan Kreditora kreditin rəsmiləşdirilməsi üçün bu Müqavilə məbləğinin 1% məbləğində komissiya haqqqı ödəyir. İş materiallarına əlavə olunmuş 24.04.2018-ci il tarixli məxaric orderinin surətindən görünür ki, "Ziraat Bank Azərbaycan” ASC tərəfindən Cavabdeh 49500 manat kredit vermişdir. İş materiallarına əlavə olunmuş Maliyyə arayışından görünür ki, 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 18.10.2021-ci il tarixə Banka 32291.94 manat (otuz iki min iki yüz doxsan bir manat doxsan dörd qəpik) məbləğində əsas borcu, 10140.41 manat (on min bir yüz qırx manat qırx bir qəpik) məbləğində faiz borcu, 5.60 manat (beş manat altmış qəpik) məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş 24.04.2018-ci il tarixli Ödəniş cədvəlinə` əsasən İddiaçı ASCnin “İçərişəhər” filialı tərəfindən Cavabdeh illik 20 % dərəcəsi ilə, 48 ay müddətinə, 50000 (əlli min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 24.05.2018 - 25.04.2022 tarixləri ərzində cəmi 78935.98 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh 24.08.2018– 12.10.2020-ci il dövrləri ərzində kreditin verilməsi məqsədi ilə onun adına açılmış Bank hesabı vasitəsi ilə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş 26.05.2021-ci il tarixli bidirişin məzmunundan görünür ki, cavabdehə iddiaçıya olan borcunu 3 gün ərzində ödəməsi ilə bağlı bildiriş göndərilmiş, bu müddət ərzində borcunu ödəməyəcəyi təqdirdə qanunvericilklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə xəbərdar olunsada, cavabdeh bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar 14.06.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən X2 vasitəsi ilə ********* nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-508/2021 nömrəli, 01.09.2021-ci il tarixli qərardadlarından görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.09.2021-ci il tarixli 250 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 10 iyun 2021-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) olan əsas borcu 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat, faiz borcu 4824.10 (dörd min səkkiz yüz iyirmi dörd manat on qəpik) təşkil edir. Bank tərəfdən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından Cavabdeh cərimə hesablanmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-508/2021 nömrəli, 04.10.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-508/2021 nömrəli, 04.10.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçının nümayəndəsinin müraciəti əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə mülki iş üzrə iddia tələbinin həcmi artırılaraq “Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə Banka 32291,94 (otuz iki min iki yüz doxsan bir manat doxsan dörd qəpik) manat məbləğində əsas borcu, 10140,41 (on min bir yüz qırx manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 5,60 (beş manat altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 42437,95 (qırx iki min dörd yüz otuz yeddi manat doxsan beş qəpik) manat və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutulması” tələbi çərçivəsində baxılması qənaətinə gəlinmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-508/2021 nömrəli, 27.10.2021-ci il tarixli qərardadlarından görünür ki, mülki iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.12.2021-ci il tarixli 313 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə kredit üzrə 18 oktyabr 2021-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) olan əsas borcu 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat, faiz borcu 7119.58 (yeddi min yüz on doqquz manat əlli səkkiz qəpik) manat təşkil edir. Bank tərəfdən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından Cavabdeh cərimə hesablanmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-508/2021 nömrəli, 10.12.2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh arasında 24.04.2018-ci il tarixli, 02CRED18000006 saylı Kredit Müqaviləsi bağlanmış və həmin Müqaviləyə əsasən Bank Müştəriyə illik 20 % dərəcəsi ilə, 48 ay müddətinə, 50000 (əlli min) manat ekvivalentində kredit vermişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 24.05.2018– 25.04.2022 tarixləri ərzində cəmi 78935.98 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş kreditin və ona hesablanmış faizlərin ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə məbləğinin nə qədər olmasının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.12.2021-ci il tarixli 313 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 saylı Kredit Müqaviləsi üzrə Banka olan əsas borcu 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat, faiz borcu 7119.58 manat (yeddi min yüz on doqquz manat əlli səkkiz qəpik) manatdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi 27.12.2021-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ünvanladığı izahatında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sonuncu rəyinin düzgün tərtib edilmədiyini, tədqiq edilməli yazılı sübutları tam və aydın şəkildə tədqiq edilmədiyini, buna görədə rəyin əsaslı olmasına şübhələr yaratdığı qənaətinə gələrək, məhkəmədən ekspert rəyinin sübut qismində qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclas katibi tərəfindən bununla bağlı iddiaçının nümayəndəsi ilə əlaqə saxlayaraq, qeyd etdikləri məsələlərlə bağlı təkrar məhkəmə ekspertizasının keçirilməsi ilə üçün vəsatət verə bilməsini xatırlatsada, iddiaçının nümayəndəsi təkrar məhkəmə ekspertizasının keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin bildirdikləri ilə bağlı qeyd edir ki, iddiaçının tələb etdiyi pul məbləğlərinin nə qədər müəyyən olunması xüsusi bilik tələb edən məsələ olduğundan və bu məbləğlərin ekspert tərəfindən müəyyən edilməsinə zərurət yarandığından məhkəmə tərəfindən haqlı olaraq ekspertiza təyin edilmişdir. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirərək əsas və faiz borcu üzrə ekspert rəyi ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, cavabdehin iddia tələbi üzrə əsas borcu 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat, faiz borcu 7119.58 (yeddi min yüz on doqquz manat əlli səkkiz qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun və cərimənin tutulması ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24.04.2018-ci il tarixli, 02CRED18000006 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 7119.58 (yeddi min yüz on doqquz manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 5.60 (beş manat altmış qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 39405.41 (otuz doqquz min dörd yüz beş manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 2.0 (iki) manatı iddiaçıya aid edilməli, 28.0 (iyirmi səkkiz) manatı isə Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 24.04.2018-ci il tarixli, 02CRED18000006 saylı Kredit Müqaviləsi üzrə 32280.23 (otuz iki min iki yüz səksən manat iyirmi üç qəpik) manat məbləğində əsas borc, 7119.58 (yeddi min yüz on doqquz manat əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, 5.60 (beş manat altmış qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 39405.41 (otuz doqquz min dörd yüz beş manat qırx bir qəpik) manat və 30 manat dövlət rüsumunun 28.0 (iyirmi səkkiz) manatı olmaqla, ümumilikdə 39433.41 (otuz doqquz min dörd yüz otuz üç manat qırx bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar