Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-511/2024 20.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 296.61 AZN əsas, 61.81 AZN faiz, 12.27 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 370.69 AZN borcun dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün öənilmiş 0.40 AZN xidmət haqqının tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29,50 % ödəmək şərtilə 450 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. İş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 2590nkMDKb/22 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik faiz dərəcəsi 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğədək krediti kredit presudurlarına görə 5% (minumum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komissiyon haqqı tutulmaqla ”Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki faiz dərəcəsi min. 16 % - mak. 40 % təşkil edir. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına əsasən... Bu müqavilə imzalandıqdan sonra ”Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsi ilə kredit əldə edə bilər. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 1-ci abzasına əsasən ”Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsindən ona təqdim olunmuş plastik kartın son 6 rəqəmini sms vasitəsilə ”Borcverənin” 8117 qısa nömrəsinə yazıb göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 2-ci abzasına əsasən “Borcverən” “Borcalan”ın mobil nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 3-cü abzasına əsasən “Borcalan”ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən , “Borcverən”in qısa telefon nömrəsnə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif sms-də bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin ”Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 4-cü abzasına əsasən kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda “Bank bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 2.9-cu maddəsinə əsasən “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* moibil nömrəsinə xx.xx.2022-ci il tarixdə Bank tərəfindən xx.xx.2025-ci il tarixədək, illik 29.5%-lə 450 AZN kredit təklif edilmişdir. Kreditə görə ondan 0 AZN komissiyon haqqı tutulacağı və aylıq ödənişinin 19 manat olacağı, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə təkrar olaraq nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka 296.61 (iki yüz doxsan altı manat altmış bir qəpik) manat əsas, 61.81 (altmış bir manat səksən bir qəpik) manat faiz, 12.27 (on iki manat iyirmi yeddi qəpik) manat cərimə olmaqla, cəmi 370.69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022 – xx.xx.2023-cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına 450 (dörd yüz əlli) manat pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli 2590nkMDKb/22 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğində kredit xətti limiti ayırır, ilkin olaraq 36 ay müddətinə, illik 29.50% faiz dərəcəsilə 450 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtındavə lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixli 2590nkMDKb/22 saylı Kredit Müqaviləsinə əsasən 296.61 (iki yüz doxsan altı manat altmış bir qəpik) manat əsas borc, 61.81 (altmış bir manat səksən bir qəpik) manat faiz, 12.27 (on iki manat iyirmi yeddi qəpik) manat cərimə, cəmi 370.69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 401.09 (dörd yüz bir manat doqquz qəpik) manat məbləğində pul tutularaq "xxxx" KB ASC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 2590nkMDKb/22 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 296.61 (iki yüz doxsan altı manat altmış bir qəpik) manat əsas, 61.81 (altmış bir manat səksən bir qəpik) manat faiz, 12.27 (on iki manat iyirmi yeddi qəpik) manat cərimə, cəmi 370.69 (üç yüz yetmiş manat altmış doqquz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 401.09 (dörd yüz bir manat doqquz qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-511/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-511/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver