Məhkəmə qərarları › İş №e-2(110)-511/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-511/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-511/2025 16.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elman oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə № BPM**********19 saylı, xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 15082.29AZN, faiz borcu üzrə 1053.22AZN olmaqla, cəmi 16135.51 AZN tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 138.41 AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış № BPM**********19 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 21.9 faizlə 59 ay müddətinə 15700 manat kredit verildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmədiyini və borcun ödənişini təmin etmədiyini, yuxarıda adı çəkilən № BPM**********19 saylı, xx.xx.2024-cüil tarixli Kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə cavabdehin əsas borc üzrə 15082.29 AZN, faiz borcu üzrə 1053.22 AZN olmaqla, cəmi 16135.51 AZN borcu olduğunu, eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 138.41 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənildiyini, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2-22/2-8515/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülmədiyini, bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İddia ərizəsi məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş və mülki işin baxılmağa hazırlanması haqqında qərardad qəbul edilərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin tələblərinə uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanmasına yönəlmiş müvafiq hazırlıq hərəkətləri edilmiş, xx.xx.2025-ci il tarixə məhkəmə hazırlıq iclası təyin olunmuşdur. Mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasına iddiaçının nümayəndəsi ərizə göndərərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasında iştirak etmişdir. İddiaçının nümayəndəsi Veys Nuhbalayev xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iş üzrə ərizənin qaytarılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının ərizəsinin mahiyyət və məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin qaytarılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə ödədiyi 138,41 (bir yüz otuz səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərar verdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsilə ödədiyi 138,41 (bir yüz otuz səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Orucəliyev Abil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar