Məhkəmə qərarları › İş №e-2(110)-52/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-52/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-52/2025 15.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 3490 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 350 manatın, nəticə etibarı ilə ümumilikdə 3840 (üç min səkkiz yüz qırx) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 58.40 manat dövlət rüsumunun alınaraq iddiaçı beş qardaş kombinin satıcısı, o Nümayəndə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində Nümayəndə məxsus mağazadan 2019-cu ildə kombi ataplenya aldığını, həmin əşyaların pulunu fərqli vaxtlarda cəmi 4200 manat olmaqla ödəməyinə baxmayaraq, Nümayəndə ona borcu olmasını əsaslandıraraq, Şərur Rayon Məhkəməsinə müraciət etdiyini, ona heç bir borcu olmadığı üçün barəsində qaldırılmış iddiaya etirazı olduğunu bildirərək, işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-1041/2024 saylı qərardadına əsasən iddiaçı Nümayəndə Cavabdeh Elsevər oğluna qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqda iddia tələbinə iddia icraatı qaydasında baxılmışdır. Məhkəmə mülki iş üzrə məhkəmə hazırlıq iclasını xx.xx.2024-cü il tarixə təyin etmişdir. Məhkəmə qeyd edilən tarixdə hazırlıq iclasını iddiaçının iştirakı ilə keçirərək, məhkəmə baxış iclasını xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası tərəflərin iştirakı ilə keçirilərək xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd edilən tarixdə keçirilən məhkəmə iclaslarında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin: - 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda, bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; - 259.0.6-cı maddələrinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı Nümayəndə tərəfindən “Paysis“ ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 66340367 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 58.40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Nümayəndə tərəfindən “Paysis“ ödəniş sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə 66340367 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 58.40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu ərizə baxılmamış saxlanıldığından ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar