Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-534/2025 08.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1825.73 AZN əsas; 401.29 AZN faiz; cəmi 2227.02 AZN pul vəsaitinin və 42,27 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasındaelektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə 2500 AZNməbləğində pul mədaxil edildiyini, daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 1825.73 AZN əsas; 401.29 AZN faiz; cəmi 2227.02 AZN borcu Dövlət rüsumunun ödənilməsi haqqında məlumat yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialına əlavə olunmuş müqavilədən görünür ki, "xxxx" ASC-nin Satış kanalları Departamenti ilə Cavabdeh arasında elektron qaydada xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsi bağlanmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş Bankın əməliyyat sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Bank tərəfindən ona onlayın qaydada 2500 manat məbləğində kreditin verilməsini təsdiqləmişdir. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, GTZK7647730B299 saylı elektron qaydada bağlanmış Kredit Müqaviləsinin 1.1-ci maddəsinə əsasən Bank Müştəriyə istehlak məqsədi ilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesab açır, Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı,dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyəgündəlik tələbat məqsədilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə hesablanan 2500 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100H**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kredit Müştərinin cari hesabına köçürmə yolu ilə verilir... Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı vəya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra sonra texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən Tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə standart Şərtlər” (bundan sonra “şərtlər) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir. Habelə şərtlərdə və bu bu müqavilədə qeyd edilənlərə dair etirzı yoxdur. Həmçinin Şərtlərin 2-ci - əsas anlayışlar bölməsinde qeyd edilmişdir ki, X1 digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənir, yəni imzalanir. Bankın internet səhifəsində və Bankın filiallarında (o cümlədən şöbə və nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart şərtlər də Əlavədir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2024 – xx.xx.2026 tarixləri ərzində ayda 143.67 manat, xx.xx.2026-cı il tarixində isə 145.34 manat olmaqla, cəmi 3449.75 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli xx.xx.2021-xx.xx.2025-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bank tərəfindən 2500 manat məbləğində kreditin Cavabdeh karta hesabına köçürülməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsinə əsasən 1825.73 AZN əsas, 401.29 AZN faiz, cəmi 2227.02 AZN borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 42.27 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Bankın sistemdən çıxarışından görünür ki, , "xxxx" ASC-nin Satış kanalları Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh Bank tərəfindən ona onlayın qaydada 2500 manat məbləğində kreditin verilməsini təsdiq etmişdir. Bank Müştəriyə 410100H**********299 saylı cari hesab açmış və iş materialında olan olunmuş xx.xx.2025-ci il tarixli xx.xx.2021-xx.xx.2025-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Bank tərəfindən 2500 manat məbləğində kreditin Cavabdeh karta hesabına köçürülməsi təmin edilmişdir. Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2024 – xx.xx.2026 tarixləri ərzində ayda 143.67 manat, xx.xx.2026-cı il tarixində isə 145.34 manat olmaqla, cəmi 3449.75 manat pulu “Kapital Bank" ASCyə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; - 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habeləbu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərinmübadiləsi yolu ilə bağlana bilər; - 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər; - 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır; - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır; - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 42.27 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsinə əsasən 1825.73 manat əsas borc, 401.29 manat faiz borcu, cəmi 2227.02 manat məbləğində borc və 42.27 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2269.29 manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli GTZK7647730B299 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 1825.73 (bir min səkkiz yüz iyirmi beş manat yetmiş üç qəpik) manat əsas borc, 401.29 (dörd yüz bir manat iyirmi doqquz qəpik) manat faiz borcu, cəmi 2227.02 (iki min iki yüz iyirmi yeddi manat iki qəpik) manat məbləğində borc və 42.27 (qırx iki manat iyirmi yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2269.29 (iki min iki yüz altmış doqquz manat iyirmi doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-534/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-534/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver