Məhkəmə qərarları › İş №e-2(110)-535/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-535/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-535/2023 06.06.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 269.65 AZN əsas məbləğ üzrə, 43.95AZN faiz və 2.21 AZN cərimə olmaqla, cəmi 315.81 AZN borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğin və dövlət rüsmunun ödənilməsi üçün 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 1181sSUM/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 manat məbləğində kredit limiti ayrıldığını, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank”KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. İş materiallarında olan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 1181sSUM/20 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğədək krediti kredit presudurlarına görə 5% (minumum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komissiyon haqqı tutulmaqla ”Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki faiz dərəcəsi min. 18 % - mak. 40 % təşkil edir. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına əsasən ... Bu müqavilə imzalandıqdan sonra ”Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir... Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 1-ci abzasına əsasən ”Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsindən ona təqdim olunmuş plastik kartın son 6 rəqəmini sms vasitəsilə ”Borcverənin” 8117 qısa nömrəsinə yazıb göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 2-ci abzasına əsasən “Borcverən” “Borcalan”ın mobil nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 3-cü abzasına əsasən “Borcalan”ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən , “Borcverən”in qısa telefon nömrəsnə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif sms-də bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin ”Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 4-cü abzasına əsasən kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin Müqavilənin 3.7 ci bəndinə əsasən ”Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, ”Borcalan”ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, ”Borcalan” ın maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və. s hallarda ”Bank”bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını ”Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 8.3-cü maddəsinə əsasən Müştəri” krediti bu Müqavilədə nəzərdə tutlmuş ödəmə müddətində və qaydada ödəmədikdə gecikdirildiyi hər gün üçün əsas borc məbləğinin qalığına illik 40% miqdarında cərimə tətbiq edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli XE2750 nömrəli Balansdankənar məxaric orderinin surətindən görünür ki, 1 ədəd albalı kartı Cavabdeh imza etdirilməklə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* moibil nömrəsinə xx.xx.2020-ci il tarixdə Bank tərəfindən 24 aylıq, illik 27 %-lə 1100 AZN kredit təklif edilmişdir. Kreditə görə ondan aylıq ödənişinin 60 manat olacağı, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat əsas, 43.95 (qırx üç manat doxsan beş qəpik) manat faiz, 2.21 (iki manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 315.81 (üç yüz on beş manat səksən bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2020 – xx.xx.2023-cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına pulun köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, ”Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarını ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2020-ci il tarixli 1181sSUM/20 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim etmişdir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan ********* moibil nömrəsinə sonuncu dəfə xx.xx.2020ci il tarixdə Bank tərəfindən 24 aylıq, illik 27 %-lə 1100 AZN kredit təklif edilmişdir. Kreditə görə aylıq ödənişinin 56 manat olacağı, bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında” və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edirəm ki, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: -741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə "xxxx" KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat əsas borc, 43.95 (qırx üç manat doxsan beş qəpik) manat faiz borcu, 2.21 (iki manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 315.81 (üç yüz on beş manat səksən bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının tələb etdiyi 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli 1181sSUM/20 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh 269.65 (iki yüz altmış doqquz manat altmış beş qəpik) manat əsas, 43.95 (qırx üç manat doxsan beş qəpik) manat faiz, 2.21 (iki manat iyirmi bir qəpik) manat cərimə olmaqla, cəmi 315.81 (üç yüz on beş manat səksən bir qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 346.21 (üç yüz qırx altı manat iyirmi bir qəpik) manat pul tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar