Məhkəmə qərarları › İş №e-2(110)-537/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-537/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-537/2025 27.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsi üzrə 1479,35 manat əsas, 6,08 manat faiz, cəmi 1485,43 manat, xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsi üzrə 537,47 manat əsas, 8,87 manat faiz, cəmi 546,34 manat, xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsi üzrə isə 2210 manat əsas, 387,08 manat faiz, cəmi 2597,08 manat borcun və 66,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsinə əsasən ona illik 20,3 %-lə, 35 ay müddətinə 1557 AZN kredit, xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsinə əsasən ona illik 27 %-lə, 36 ay müddətinə 700 AZN kredit, xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsinə əsasən isə 2210 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Buna görə də cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsinə əsasən 1479,35 manat əsas, 6,08 manat faiz, cəmi 1485,43 manat, xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsinə əsasən 537,47 manat əsas, 8,87 manat faiz, cəmi 546,34 manat, xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsinə əsasən 2210 manat əsas, 387,08 manat faiz, cəmi 2597,08 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Yazılı sübutlar: İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 20,3 %-lə, 35 ay müddətinə 1557 AZN kredit verilmişdir. Həmin müqavilənin 3.2.3-cü bəndində qeyd olunmuşdur ki, Müştəri bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri əas borc məbləğinə illik faiz məbləğindən əlavə bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit və hesab müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 27 %-lə, 36 ay müddətinə 700 AZN kredit verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndində qeyd olunmuşdur ki, Bank Müştəriyə müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Unico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borcların (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin müqavilənin 8.2.3-cü bəndinə əsasən, Müştəri bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri əsas borc məbləğinə illik faiz məbləğindən əlavə bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir). Həmin müqavilənin 7.1 və 7.1.1-ci bəndlərinə əsasən, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) 90 gün və ya daha çox müddətə gecikdirildikdə, yaxud borcun faizlər və (və ya) haqlar daxil olmaqla ödənilməsi müddətləri ardıcıl 2 dəfə pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu Müqaviləyə xitam verə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı birbank cashbank kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 2210 AZN məbləğində istehlak krediti verilmişdir. Həmin müqavilənin 2-ci bəndində qeyd olunmuşdur ki, bank müştəriyə "Birkart Cashback" ödəniş kartı verir, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartla bağlı və xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, müştəri isə kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.) habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Həmin müqavilənin 9.1 və 9.1.1-ci bəndlərinə əsasən, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) 90 gün və ya daha çox müddətə gecikdirildikdə, yaxud borcun faizlər və (və ya) haqlar daxil olmaqla ödənilməsi müddətləri ardıcıl 2 dəfə pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu Müqaviləyə xitam verə bilər. İş materiallarında olan müvafiq müqavilələr üzrə çıxarışlardan görünür ki, iddiaçı Bank tərəfindən müvafiq müqavilələr üzrə müəyyən edilmiş kredit məbləğləri Cavabdeh müvafiq hesablarına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsinə əsasən 1479,35 manat əsas, 6,08 manat faiz, cəmi 1485,43 manat, xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsinə əsasən 537,47 manat əsas, 8,87 manat faiz, cəmi 546,34 manat, xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsinə əsasən 2210 manat əsas, 387,08 manat faiz, cəmi 2597,08 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 4-77-16/MH2284 nömrəli pretenziya məktubundan görünür ki, cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etmədiyindən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə sənədləri məhkəməyə məlum olancavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Rəsmi qaydada təqdim olunmuş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 (iş) günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı borcun (kreditin) geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə İddiaçı ASC ilə Cavabdeh arasında yazılı qaydada etibarlı kredit müqavilələri bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit müqavilələrinin tələblərinə əsasən borcverən (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müvafiq müqavilələrdə qeyd olunan məbləğləri borcalan (cavabdeh) Cavabdeh təhvil vermiş (hesabına yükləmiş), borcalan (cavabdeh) pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərclərin ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan borcalan - Cavabdeh həmin müqavilələr üzrə müəyyən məbləğlərdə ödənişlər etmiş, müqavilələr üzrə qalan borcunu ödəməmiş, beləliklə də müqavilələr üzrə üzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq, borcun qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- İddiaçı ASC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsinə əsasən 1479,35 manat əsas, 6,08 manat faiz, cəmi 1485,43 manat, xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsinə əsasən 537,47 manat əsas, 8,87 manat faiz, cəmi 546,34 manat və xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsinə əsasən 2210 manat əsas, 387,08 manat faiz, cəmi 2597,08 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 66,29 manat (altmış altı manat iyirmi doqquz qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, GTKR9311215B299 saylı kredit müqaviləsi üzrə 1479,35 manat (bir min dörd yüz yetmiş doqquz manat otuz beş qəpik) əsas, 6,08 manat (altı manat səkkiz qəpik) faiz, cəmi 1485,43 manat (bir min dörd yüz səksən beş manat qırx üç qəpik), xx.xx.2024-cü il tarixli, BUMM8143997B299 saylı kredit müqaviləsi üzrə 537,47 manat (beş yüz otuz yeddi manat qırx yeddi qəpik) əsas, 8,87 manat (səkkiz manat səksən yeddi qəpik) faiz, cəmi 546,34 manat (beş yüz qırx altı manat otuz dörd qəpik) və xx.xx.2024-cü il tarixli, BRCB9612425B299 saylı kredit müqaviləsi üzrə 2210 (iki min iki yüz on) manat əsas, 387,08 manat (üç yüz səksən yeddi manat səkkiz qəpik) faiz, cəmi 2597,08 manat (iki min beş yüz doxsan yeddi manat səkkiz qəpik) məbləğində pul cavabdeh Şərur rayonunun Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə Cavabdeh 66,29 manat (altmış altı manat iyirmi doqquz qəpik) miqdarında dövlət rüsumu alınaraq iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar