Məhkəmə qərarları › İş №e-2(110)-541/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-541/2022

22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-541/2022 22.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “Azər-Türk Bank” ASC-nin xeyrinə 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat əsas borc, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat məbləğində faiz borcu, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat borc və 55.16 (əlli beş manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh2 şəxsi (istehkal) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5000 (beş min) manat məbləğində kredit verildiyini və bununla bağlı “Azər-Türk Bank” ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinin bağlandığını, kredit müaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2021-ci il tarixli 1038194/22209 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh1 ona zamin durduğunu, Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürdüyünü, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 əsas borcunun 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat borc təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh2 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, eyni zamanda xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirdiyini və gecikdirmə nəticəsində banka zərər vurduğunu , bunula da cavabdehin kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurətinin yarandığını, hal-hazırda cavabdehin “Azər-Türk Bank”ASC-yə olan əsas və ona hesablanmış faiz borcunun 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdehlərin tərəfindən ödənilməsinin təmin edilməli olduğunu qeyd edərək iddia ərizəsi üzrə işə sadələşdirilmiş qaydada baxaraq “Azər-Türk Bank” ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Azər-Türk Bank”ASC-nin xeyrinə 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat əsas borc, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat məbləğində faiz borcu, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat borc və 55.16 (əlli beş manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onların yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə "xxxx" ASC-nin Naxçıvan filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1.3-cü bəndinə əsasən “Kreditor” “Müştəri”yə 24 ay müddətinə illik 16 % dərəcəsi ilə 5000 (beş min) manat məbləğində ev təmiri məqsədilə krediti nağd şəkildə istifadə olunması üçün təqdim edir. Həmin müqavilənin 1.1.3-cü bəndində hər gecikdirilmiş gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5 % cərimə hesablanması nəzərdə tutulmuşdur. Həmçinin müqavilənin həmin bəndində xidmət üzrə birdəfəlik bank komissiyası olaraq 0%- manat tutulması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ******* saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 16 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2023 tarixləri ərzində ayda 244,82 manat, xx.xx.2023-cü il tarixdə isə 244.70 manat olmaqla, cəmi 5875.56 manat pulu ”Kreditora”ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09 aprel 2021-ci il tarixli FJB**********350 nömrəli kassa məxaric orderinin surətindən görününr ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə 5000 (beş min) manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 1038194/22209 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 ilə "xxxx" ASC -nin Naxçıvan filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti ******* saylı saylı, xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısnda öz öhdəliklərinin tamamilə yerinə yetirinədək “Zamin”, “Borcalan” ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən ”Zamin” bank qarşısında “Borcalan”-in, xx.xx.2021-ci il tarixində bağlanmış kredit müqaviləsi üzrə banka olan kredit və faziləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komissiya, dəbbə pulu, məhkəmə xərcləri v.s üçün məsuliyyət daşıyır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş Maliyyə arayışından görünür ki, 07 iyul 2022-ci il tarixə Cavabdeh2 Banka 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat əsas borc, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 55.16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcunun ödənilməsi ilə bağlı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlardır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı ”Azər-Türk Bank” ASC ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən Kreditor tərəfindən Müştəriyə ev təmiri məqsədi üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 16 % dərəcəsi ilə, 5000 (beş min) manat məbləğində kredit verilmiş, Müştəri isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2023 tarixləri ərzində ayda 244.82 manat, xx.xx.2023-cü il tarixdə isə 244.70 manat olmaqla, cəmi 5875.56 manat pulu ”Kreditora”ödəməyi öhdəsinə götürmüşdür. İş materialında olan kassa məxaric orderinə əsasən Kreditor üzərinə düşən öhdəliyi icra etsə də, lakin Müştəri Müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Müştəri öhdəliyini vaxtında icra etmədiyi üçün öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq “Azər-Türk Bank”ASC yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Məmmədov X1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1da onunla birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Müştəri” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də məhkəmə toplanmış sübütlara məcmu halında qiymət verərək belə hesab edirəm ki, iddia tələbi əsaslı və qanuni olduğu üçün təmin edilməli, xx.xx.2021-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə müqaviləsinə və xx.xx.2021-ci il tarixli 1038194/22209 saylı Zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 55.16 (əlli beş manat on altı qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 284-1- 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3250.52 (üç min iki yüz əlli manat əlli iki qəpik) manat əsas borc, 225.01 (iki yüz iyirmi beş manat bir qəpik) manat məbləğində faiz borcu, cəmi 3475.53 (üç min dörd yüz yetmiş beş manat əlli üç qəpik) manat borc və 55.16 (əlli beş manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3530.96 (üç min beş yüz otuz manat altmış doqquz qəpik) manat borc pul alınaraq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar