Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-545/2023 02.08.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4525.41 AZN əsas məbləğ üzrə, 606.22 AZN faiz üzrə və 67.61 AZN cərimə olmaqla, cəmi 5199.24 AZN borcun, dövlət rüsumu olaraq ödənilmiş 72 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 6180nkNFT/21 kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə illik 20% ödəmək şərtilə 4526 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində UnibankKB ASC-nin Cavabdeh qarşı “Kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi baxılması üçün məhkəmənin icraatında olduğunu, iddia ərizəsinə iştirakımız olmadan baxaraq (həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarını iştirakımız olmadan keçirərək) iddia tələbimizin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 6180nkNFT/21 nömrəli Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) % ödəmək şərtilə 4526 (dörd min beş yüz iyirmi altı) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Bank”a qaytarmağı öhdəsinə götürür... Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı xx.xx.2021-ci il tarixli 2634nkNFT/21 nömrəli müqaviləsi üzrə 4525.01 manat məbləğində borcun bağlanmasıdır. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən bu müqavilə üzrə ayrılmış kredit Borclarının xx.xx.2021-ci il tarixli 2634nkNFT/21 nömrəli müqavilə üzrə qalıq borcunun tam ödənilməsi üçün borclunun cari hesabından Bank tərəfindən askeptsiz qaydada silinir. Kreditin Bank tərəfindən faktiki olaraq verilməsi müqavilə üzrə nəzərdə tutulan vəsaitin borcalanın hesabına köçürülməsi ilə təsdiq olunur və kredit məbləğinin borcalan tərəfindən nəğd qaydada hesabdan məxaric edilməsini istisna edir. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən bu müqavilə üzrə kredit vəsaitinin borclunun cari hesabına köçürülməsi, borcun aktsepsiz silinməsi əməliyyatları bank hesablarında çıxarışla öz əksini tapır və bunun üçün ayrıca sərəncam tələb olunmur. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Borcalan” maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə, yaxud “Borcalan” tərəfindən verilən məlumatların və tətbiq etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar edildikdə, üçüncü şəxslər tərəfindən “Borcalan”ın bütün əmlakı, yaxud onun əhəmiyyətli bir hissəsi barəsində məhkəmə mübahisəsi bağlandıqda, kreditdən məqsədli təyinatına uyğun tam istifadə edilmədikdə “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. Həmin Müqavilənin 3.1-ci maddəsinə əsasən “Borcalan” kreditdən məqsədli təyinatına uyğun istifadı etmıdikdə və ya “Borcalan” tərəfindən “Bank” ı aldatmağa yönəlmiş hər hansı bir hərəkət edildiyi, o cümlədən Borcalan özünün fəaliyyti, iqtisadi-maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyi vaxtında və lazimi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə digər hüquqi və fiziki şəxslərə olan borclar kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda “Bank” kreditin dərhal qaytarılmasını tələb etməklə yanaşı “Borcalan” a qarşı kreditin ümumi məbləğinin 1(bir) faizi miqdarında cərimə tətbiq edilə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 6180nkNFT/21 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, Unibank KB ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 4526 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2022 tarixləri ərzində ayda 75.60 manat, xx.xx.2022 xx.xx.2024 tarixləri ərzində ayda 194 manat, xx.xx.2024-cü il tarixində isə 158.80 manat olmaqla, cəmi 6238.4 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, müqavilənin 1.3 və 1.4-cü bəndlərində qeyd olunduğu kimi Borcalanın xx.xx.2021-ci il tarixli 2634nkNFT/21 nömrəli nömrəli kredit müqaviləsi üzrə borcunun silinməsi müqabilində onun bank hesabına 4525.01 məbləğində pul köçürülmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka 4525.41 (dörd min beş yüz iyirmi beş manat qırx bir qəpik) manat əsas borc, 606.22 (altı yüz altı manat iyirmi iki qəpik) manat məbləğində faiz, 67.61 (altmış yeddi manat altmış bir qəpik) manat cərimə olmaqla, cəmi 5199.24 (beş min yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Unibank KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X2 vasitəsi ilə Dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 72 (yetmiş iki manat) manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh 3 iş günü müddətində banka olan bütün borclarını ödənilməsi, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edilmişdir ki, göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6180nkNFT/21 nömrəli Kredit Müqaviləsinə əsasən “Borcalan”ın xx.xx.2021-ci il tarixli 2634nkNFT/21 nömrəli müqavilə üzrə 4525.01 manat qalıq borcunun tam ödənilməsi üçün “Bank” 36 (otuz altı) ay müddətinə illik 20 % ödəmək şərtilə 4526 (dörd min beş yüz iyirmi altı) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir və ona bank hesabı açır, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və xx.xx.2022 – xx.xx.2022 tarixləri ərzində ayda 75.60 manat, xx.xx.2022 xx.xx.2024 tarixləri ərzində ayda 194 manat, xx.xx.2024-cü il tarixində isə 158.80 manat olmaqla, cəmi 6238.4 manat pulu “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtındavə lazımi qaydada icra etməmiş, nəticədə onun Banka borcu yaranmışdır. Ona görə də "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, xx.xx.2021-ci il tarixli, 6180nkNFT/21 nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 4525.41 (dörd min beş yüz iyirmi beş manat qırx bir qəpik) manat əsas borc, 606.22 (altı yüz altı manat iyirmi iki qəpik) manat məbləğində faiz, 67.61 (altmış yeddi manat altmış bir qəpik) manat cərimə olmaqla, cəmi 5199.24 (beş min yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 72 (yetmiş iki manat) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 6180nkNFT/21 nömrəli nömrəli Kredit Müqaviləsinə əsasən Cavabdeh 4525.41 (dörd min beş yüz iyirmi beş manat qırx bir qəpik) manat əsas borc, 606.22 (altı yüz altı manat iyirmi iki qəpik) manat məbləğində faiz borcu, 67.61 (altmış yeddi manat altmış bir qəpik) manat cərimə, cəmi 5199.24 (beş min yüz doxsan doqquz manat iyirmi dörd qəpik) manat borc, 72 (yetmiş iki manat) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 5271.64 (beş min iki yüz yetmiş bir manat altmış dörd qəpik) manat məbləğində pul alınaraq "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-545/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-545/2023
02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver