Məhkəmə qərarları › İş №e-2(110)-546/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-546/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-546/2024 05.08.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair pul" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 379372-CNS-49570 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi” əsasən xx.xx.2024-cü il tarixinə Banka borclu olduğu 13000 (on üç min) AZN məbləğində əsas borc 859.40 (səkkiz yüz əlli doqquz manat qırx qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 13859,40 (on üç min səkkiz yüz əlli doqquz manat qırx qəpik) AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 131,58 (yüz otuz bir manat əlli səkkiz qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X3 şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 379372-CNS-49570 saylı” Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etdiyini və ona istehlak məqsədilə illik 17,5 (on yeddi tam onda beş) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 13.000 (on üç min) AZN məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, Bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi haqqında X1 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X3 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etmədiyini və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixə 13000 (on üç min manat) AZN məbləğində əsas borc 859.40 (səkkiz yüz əlli doqquz manat qırx qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 13859,40 (on üç min səkkiz yüz əlli doqquz manat qırx qəpik) AZN məbləğində borcu qaldığını, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 881 P saylı pretenziya məktubu göndərildiyini bildirmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, ərizəsində icraatda Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(110)-546/2024 saylı mülki iş olduğunu, həmin mülki iş üzrə məhkəmə iclasının 05 avqust 2024-cü il tarixə, saat 15:00-a təyin edildiyini, həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyi üçün göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştiraklarının mümkün olmaycağını, bu səbəbdən də hazırkı işə iştirakları olmadan baxaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirliməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 379372-CNS-49570 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması bağlanmışdır. Razılaşmaya əsasən “Bank” tərəfindən “Müştəriyə” şəxsi istehlak məqsədlər üçün illik 17.5 % dərəcəsi ilə 48 ay müddətinə 13000 (on üç min) manat məbləğində kredit verilmişdir. Razılaşmada nəzərdə tutulmuşdur ki, Bu Ərizə-Razılaşma Xidmətlərinin göstərilməsi haqqında X1 tərkid hissəsidir və kredit üzrə Ödəniş Cədvəli bu Ərizənin Əlavəsi hesab edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 379372-CNS-49570 saylı Razılaşmanın 1 saylı Əlavəsinə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə aylıq ödəmələrin 1-ci - 47-ci ayları ərzində ayda 378.66 manat, 48-ci ayda isə 114.80 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka ödənilməmiş 13000 (on üç min) manat əsas borc, 859.40 (səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat faiz borcu manat cərimə pulu olmaqla, cəmi 13859,40 (on üç min səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 379372-CNS-49570 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmasına əsasən VTB (Azərbaycan)” ASC vasitəsilə dövlət büdcəsinin AZ60AİİB**********3360201133 saylı xəzinə hesabina 131,58 (yüz otuz bir manat əlli səkkiz qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC Bank tərəfindən Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə illik 17.5 faiz ödəmək şərtilə 13.000 (on üç min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə -ci - 47-ci ayları ərzində ayda 378.66 manat, 48-ci ayda isə 114.80 manat olmaqla İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 131.58 (bir yüz otuz bir manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklədə işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış Razılaşmanın şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 13000 (on üç min) manat əsas borc bor, 859.40 (səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat faiz borcu, cəmi 13.859.40 (on üç min səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat məbləğində borc və 131.58 (bir yüz otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 13990.98 (on üç min doqquz yüz doxsan manat doxsan səkkiz qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 379372-CNS-49570 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşmaya əsasən 13000 (on üç min) manat əsas borc, 859.40 (səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat faiz borcu, cəmi 13859.40 (on üç min səkkiz yüz əlli doqquz manat qırx qəpik) manat borc və 131.58 (bir yüz otuz bir manat əlli səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 13990.98 (on üç min doqquz yüz doxsan manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar