Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-552/2024 23.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1489 AZN əsas, 308,22 AZN faiz, cəmi 1797,22 AZN pul vəsaitinin və 37,97 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı Kredit müqaviləsinə əsasən onun kartına illik 30 faiz dərəcəsi ilə 1500 AZN məbləğində pul mədaxil edildiyini, daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2024-cü il tarixə Kapital Bank ASC-yə 1489 AZN əsas; 308,22 AZN faiz; cəmi 1797,22 AZN borcu yarandığını, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilmədiyini bildirmişdir. Eyni zamanda Cavabdeh müraciətinə əsasən Şərur Rayon Məhkəməsinin e-2(110)-552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə mülki iş üzrə iddia icraatına keçmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, mülki işin məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərdiklərini və iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş, lakin nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında cavabdehin Banka borcunun olduğuna etirazının olmadığını, lakin onun maddi imkanı aşağı olduğu üçün həmin borcu bir dəfəyə ödəyə bilməyəcəyini, həmin borcu hissə-hissə ödəməyə şərait yaradılarsa cavabdehin borcunu ödəyəcəyini qeyd edərək, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti Cavabdeh arasında elektron qaydada xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı Birbank Cashback Kredit Xətti müqaviləsi bağlanmışdır. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdeh elektron poçt ünvanına göndərilmiş, xx.xx.2023cü il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Həmin Müqavilənin 2-ci bəndinə əsasən bu müqaviləyə görə bank müştəriyə Birbank Cashback ödəniş kartı (bundan sonra – “Birbank Cashback” və ya “Kart”) verir, həmin karta bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesab açır, müştəri isə kartdan və (və ya) kredit xəttində istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir . Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında canlı hesab (bundan sonra – Birbank hesabı və ya hesab), habelə bonus, faiz və ya güzəştlərin hesablanaraq toplandığı şərti cashback hesabı açır, müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank müştəriyə onun elektron kabinetində yerləşdirməklə və ya bu müqavilənin 10.4-cü bəndində müəyyən edilmiş üsul və vasitələrlə hesabın rekvizitlərini (nömrəsi, kodu və s.) təqdim edə bilər. Həmin Müqavilənin 4.1, 4.3, 4.5.1 və 4.5.2-ci maddələrinə əsasən İddiaçı ASC X1 xx.xx.2026-cı il tarixədək qeyri-taksit əməlliyyatları üzrə illik 30 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan kredit xətti açmaqla 1500 manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 4.8.2.1-ci bəndində qeyd olunmuşdur ki, nağdsız ödənişlər üzrə istifadə edilmiş pul vəsaiti güzəşt müddəti ərzində tam olaraq ödənildikdə, istifadə edilmiş məbləğə faiz hesablanmır. İstifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu müqavilə ilə müəyyən olunmuş illik kredit faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır... İş materiallarına əlavə olunmuş Müqavilə kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh hesabına 1500 manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, o müxtəlif vaxtlarda Birkartdan istifadə etməklə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixə Cavabdeh 1489 manat əsas, 308,22 manat faiz, cəmi 1797.22 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli axırıncı bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin e-2(110)-552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, məhkəmə cavabdehin müraciətinə əsasən mülki iş üzrə iddia icraatına keçmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin e-2(110)-552/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 842 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda gösətərilən tarix) olan əsas borcu 1489 (bir min dörd yüz səksən doqquz) manat, faiz borcu 230.83 (iki yüz otuz manat səksən üç qəpik) manat, olmaqla ümumilikdə 1719.83 (bir min yedi yüz on doqquz manat səksən üç qəpik) manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin e-2(110)-552/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, ”Kapital Bank“ ASC-nin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış, cavabdeh tərəfindən elektron qaydada imzalanmış xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh onlayn qaydada xx.xx.2026-cı il tarixədək qeyri-taksit əməlliyyatları üzrə illik 30 faiz, taksit əməliyyatları üzrə isə 0% dərəcəsi ilə hesablanan kredit xətti açmaqla 1500 manat məbləğində kredit vermişdir. Müqaviləyə əsasən Bank yuxarıda qeyd olunan məbləğdə krediti Müştərinin mülkiyyətinə vermiş və Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun Banka borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsinin vəsatəti əsasında iddiaçı tərəfindən tələb olunan faiz borcunun məbləğinin nə qədər olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 842 saylı ekspert rəyinə əsasən ekspert xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda gösətərilən tarix) olan əsas borcu 1489 (bir min dörd yüz səksən doqquz) manat, faiz borcu 230.83 (iki yüz otuz manat səksən üç qəpik) manat olmaqla, ümumilikdə 1719.83 (bir min yedi yüz on doqquz manat səksən üç qəpik) manat məbləğində müəyyən olunması qənaətinə gəlmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə ekspert rəylərini sübut növü kimi qiymətləndirərək hesablanmış faiz borcu üzrə ekspertin gəldiyi nəticə ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, Cavabdeh ”Kapital Bank“ ASC-nə olan faiz borcu 230.83 (iki yüz otuz manat səksən üç qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 37.97 manat dövlət rüsumunun 1.63 manatı iddiaçıya aid edilməli, 36.34 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, Cavabdeh elektron formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1489 (bir min dörd yüz səksən doqquz) manat, faiz borcuna görə 230.83 (iki yüz otuz manat səksən üç qəpik) manat, cəmi 1719.83 (bir min yedi yüz on doqquz manat səksən üç qəpik) manat məbləğində borc və ödənilmiş 37.97 (otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun 36.34 (otuz altı manat otuz dörd qəpik) manatı olmaqla, ümumilikdə 1756.17 (bir min yeddi yüz əlli altı manat, on yedi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini cavabdehin nümayəndəsi xahiş etdiyindən, iş üzrə məhkəməmühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli BRCB4344050B299 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 1489 (bir min dörd yüz səksən doqquz) manat, faiz borcuna görə 230.83 (iki yüz otuz manat səksən üç qəpik) manat, cəmi 1719.83 (bir min yedi yüz on doqquz manat səksən üç qəpik) manat məbləğində borc və ödənilmiş 37,97 (otuz yeddi manat doxsan yeddi qəpik) manat dövlət rüsumunun 36.34 (otuz altı manat otuz dörd qəpik) manatı olmaqla, ümumilikdə 1756.17 (bir min yeddi yüz əlli altı manat, on yedi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabana ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-552/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-552/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver