Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-556/2024 12.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə 2841.89 AZN əsas, 64.53 AZN faiz, cəmi 2906.42 AZN borcun və 49.06 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-cü il tarixli GTKR5947195A299 saylı Kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 5000 AZN olan kredit vəsaiti mədaxil edildiyini, daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verildiyini, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, cavabdehin xx.xx.2024-cü il tarixə Kapital Bank” ASC-yə 2841.89 AZN əsas; 64.53 AZN faiz; cəmi 2906.42 AZN borcu yarandığını, bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, GTKR5947195A299 saylı elektron qaydada Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci maddəsinə əsasən Bank Müştəriyə istehlak məqsədi ilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesab açır, Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı,dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyəgündəlik tələbat məqsədilə 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə hesablanan 5000 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100D**********99 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kredit Müştərinin cari hesabına köçürmə yolu ilə verilir... Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı vəya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra sonra texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən Tərəflər razılaşır ki, Bankın 11 noyabr 2016-cı il tarixli “Pərakəndə Bankçılıq üzrə standart Şərtlər” (bundan sonra “şərtlər) bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müştəri bu müqaviləni imzalamaqla razılığını bildirir və təsdiq edir ki, şərtlərlə tanış olmuşdur və şərtlərdə o cümlədən bu müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ona izahat da verilmişdir. Habelə şərtlərdə və bu bu müqavilədə qeyd edilənlərə dair etirzı yoxdur. Həmin Şərtlərin 2-ci - əsas anlayışlar bölməsinde qeyd edilmişdir ki, Müqavilə dedikdə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənən, yəni imzalanan, Bank və Müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri olan Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Əlavələrə də istinaddır. Hazırkı Standart şərtlər və Müştərinin imzaladığı Xüsusi şərtlər də birlikdə Müqavilə hesab olunur. Həmçinin Şərtlərin 2-ci - əsas anlayışlar bölməsinde qeyd edilmişdir ki, X1 digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənir, yəni imzalanir. Bankın internet səhifəsində və Bankın filiallarında (o cümlədən şöbə və nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart şərtlər də Əlavədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində ayda 187.18 manat, xx.xx.2025-ci il tarixində isə 190.25 manat olmaqla, cəmi 6554.37 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdehnin elektron poçt ünvanına göndərilmiş, X2 tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli xx.xx.2022-xx.xx.2024-cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən 5000 (beş min) manat məbləğində kreditin Cavabdeh karta hesabına köçürülməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı Kredit müqaviləsinə əsasən 2841.89 AZN əsas, 64.53 AZN faiz, cəmi 2906.42 AZN borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 49.06 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Elektron poçt ünvanından çıxarışdan görünür ki, "xxxx" ASC-nin Pərakəndə satış Departamenti ilə Müştəri Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı Kredit müqaviləsinə əsasən kreditin verilməsi üçün kredit müqaviləsi və digər zəruri sənədlər Cavabdeh elektron poçt ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Bank Müştəriyə 410100D**********99 saylı cari hesab açmış və iş materialında olan olunmuş xx.xx.2024-cü il tarixli xx.xx.2022-xx.xx.2024-cü il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən 5000 (beş min) manat məbləğində kreditin Cavabdeh karta hesabına köçürülməsi təmin edilmişdir. xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı elektron Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində ayda 187.18 manat, xx.xx.2025-ci il tarixində isə 190.25 manat olmaqla, cəmi 6554.37 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49.06 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı Kredit müqaviləsinə əsasən 2841.89 manat əsas borc, 64.53 manat faiz borcu, cəmi 2906.42 (iki min doqquz yüz altı manat qırx iki qəpik) manat məbləğində borc və 49.06 (qırx doqquz manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2955.48 (iki min doqquz yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli GTKR5947195A299 saylı elektron Kredit müqaviləsinə əsasən Cavabdeh 2841.89 (iki min səkkiz yüz qırx bir manat səksən doqquz qəpik) manat əsas borc, 64.53 (altmış dörd manat əlli üç qəpik) manat faiz borcu, cəmi 2906.42 (iki min doqquz yüz altı manat qırx iki qəpik) manat məbləğində borc və 49.06 (qırx doqquz manat altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2955.48 (iki min doqquz yüz əlli beş manat qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-556/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-556/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver