Məhkəmə qərarları › İş №e-2(110)-559/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-559/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-559/2024 17.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz cərimə borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9100.93 manat məbləğində əsas borcun, 1544.96 manat məbləğində faiz borcunun, 336.57 manat məbləğində cərimə borcunun, cəmi 10982.46 manat borcun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023cü il tarixli Kredit müqaviləsinə əsasən bankın borcluya 36 ay müddətinə, illik 21.5% olmaqla 9500 manat məbləğində kredit verdiyini, cavabdehin “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, Borclu Cavabdeh (zamin) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu X3 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu X2 aid bütün öhdəlikləri icrа еtməli olduğunu bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərdiyi məktubunda məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş sübutlardan görünür ki, İddiaçı ASC-nin Həzi Aslanov filialı ilə Cavabdeh oğlu arasında xx.xx.2023-cü il tarixli CC/72167/91/36 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən əsasən Bank Müştəriyə illik 21.50 % dərəcəsilə 36 ay müddətinə 9500 manat məbləğində nağd pul krediti vermiş, Müştəriyə cari hesab və ssuda hesabı açmışdır. Həmin Sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, CC7216736A91C-6 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “Bank of Baku“ ASC Nərimanov filialı tərəfindən Cavabdeh bank hesabına 474.15 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, AU3512636A87-1 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “Bank of Baku“ ASC Nərimanov filialı tərəfindən Cavabdeh bank hesabına 8598.35 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, AU3512636A87-7 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, “Bank of Baku“ ASC Nərimanov filialı tərəfindən Cavabdeh bank hesabına 427.50 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 9100.93 manat məbləğində əsas, 1544.96 manat məbləğində faiz, 336.57 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, onun müqaviləyə əsasən Banka 9100.93 manat əsas, 1544.96 manat faiz və 336.57 manat məbləğində cərimə borcunun olduğunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün onunla bağlanmış kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini və kredit borcunun dərhal ödənilməsini ondan tələb etmiş, eyni zamanda əks təqdirdə borc tələbi ilə bağlı məhkməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinində ondan tutulacağı barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına ********** nömrəli qəbzlə 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli CC/72167/91/36 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən Bank Müştəriyə illik 21.50 % dərəcəsilə 36 ay müddətinə 9500 manat məbləğində nağd pul krediti vermiş, Müştəriyə cari hesab və ssuda hesabı açmışdır. Lakin Cavabdeh istifadə etdiyi məbləği və həmin məbləğə görə nəzərdə tutulmuş faiz borcunu vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank Müştəriyə qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hisəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 1544.96 manat məbləğində faiz borcu tələb etsədə, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 9100.93 manat məbləğində əsas borcun, 1457.92 manat məbləğində faiz borcunun, 336.57 manat məbləğində cərimə borcunun olduğunu, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün onunla bağlanmış kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini və kredit borcunun dərhal ödənilməsini ondan tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair“ xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilənədək Banka olan faiz borcu 1457.92 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 1544.96 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 1457.92 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə cərimə borcu ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 123 manat məbləğində dövlət rüsumunun 1 manatı iddiaçıya aid edilməli, 122 manatı isə Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli CC/72167/91/36 nömrəli Kredit Sazişi üzrə 9100.93 manat əsas borc, 1457.92 manat manat faiz borcu, 336.57 manat cərimə, cəmi 10895.42 manat məbləğində pul və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun 122 manatı olmaqla, ümumilikdə 11017.42 (on bir min on yeddi manat, qırx iki qəpik) manat alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli CC/72167/91/36 nömrəli Kredit Sazişi üzrə 9100.93 (doqquz min bir yüz manat doxsan üç qəpik) manat məbləğində əsas borcun, 1457.92 (bir min dörd yüz əlli yeddi manat, doxsan iki qəpik) manat məbləğində faiz borcunun, 336.57 (üç yüz otuz altı manat, əlli yeddi qəpik) manat məbləğində cərimə borcunun, cəmi 10895.42 (on min səkkiz yüz doxsan beş manat, qırx iki qəpik) manat borc və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun 122 manatı olmaqla, ümumilikdə 11017.42 (on bir min on yeddi manat, qırx iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar