Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-561/2024 14.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1259,01 manat əsas, 200,16 manat faiz borcu olmaqla, ümumilikdə 1459,17 manat və dövlət rüsumu olaraq ödənilmiş 35 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 101797-PC********** nömrəli “Expresso Standard” kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 24% dərəcəsi ilə kredit xətti ayrıldığını, bank hesabı müqaviləsinə əsasən onun adına plastik kart hesabı açıldığı, cavabdehin adına açılmış platik kart hesabına daxil olan pul vəsaitlərinin qəbul etməyi, hesaba salmağı, hesabdan pul vəsaitlərinin köçürməyi və verməyi imkanlar yaradıldığını, müqavilənin şərtlərinə uyğun olaraq hesab üzrə əməliyyatlar hesabda mövcüd olan pul vəsaiti həcmində aparıldığını, həmin vəsaitin həcmindən artıq məbləğdə istifadə edildikdə tekniki Overdraftın (hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) yarandığını, hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalı olduğunu, Cavabdeh tərəfindən hesabda olan vəsaitdən artıq məbləğdə vəsait istifadə edildiyini, banka vaxtında ödəniş etmədiyini, cavabdehin müqavilənin 3.2-ci bəndinin tələblərini pozduğunu, cavabdehin hazırda 1459,17 manat məbləğində borcu yarandığını, dəfələrlə yazılı və şifahi xəbərdarlıq edildiyini, lakin heç bir nəticə əldə olunmadığını bildirərək iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli 101797-PC********** nömrəli Bank hesabı müqaviləsindən görünür ki, bank hesab sahibinə hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitlərini qəbul etməyi, hesaba salmağı, hesabdan pul vəsaitlərinin köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair hesab sahibinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli balansdankənar məxaric orderindən görünür ki, cavabdehe 1 ədəd plastik kart verilmişdir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 1259,01 manat əsas, 200,16 manat faiz borcu olmaqla, ümumilikdə 1459,17 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında bank hesabı müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya 1459,17 manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Bank hesabı müqaviləsinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcüd olan pul vəsati həcmində aparıır. Həmin vəsait həcmindəna artıq istifadə edildikdə tekniki overdarft yaranır və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Hesab üzrə overdraft yarandıqda və həmin hesabda kifayət qədər pul vəsaiti olmadıqda yaranmış borc məbləği Bank tərfindən hesab sahibinin hesabından akseptsiz qaydada silinir. Bank yaranmış overdraft üzrə boc məbləğini hesab sahibinin bankda olan digər hesablarından da akseptsiz qaydada silə bilər. Bank hesabı müqaviləsinin 3.2-ci bədninə əsasən overdraft baş verdiyi hallarda, hesab sahibinin sərəncamı olmadan akseptsiz qaydada silmək üçün onun hesabından və ya sığorta depozitində pul vəsaiti kifayət qədər olmadıqda yaranmış borcu hesab sahibi 30 təqvim günü müddətində Banka qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1259,01 manat əsas, 200,16 manat faiz borcu olmaqla, ümumilikdə 1459,17 manat (min dörd yüz əlli doqquz manat on yeddi qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-561/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-561/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver