Məhkəmə qərarları › İş №e-2(110)-562/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-562/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-562/2024 12.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 2120.26 manat məbləğində əsas borcu və 294.78 manat faiz borcu olmaqla, cəmi 2415.04 (iki min dörd yüz on beş manat dörd qəpik) manat borcun və 44.56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tariхli, 100804-165381/2 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 20.5% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində krеdit vеrildiyini, Borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzduğunu, Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onun Banka olan borcunu ödəmədiyini, 07 may 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2120.26 manat məbləğində əsas bоrcu və 294.78 manat faiz borcu оlmaqla, cəmi 2415.04 (iki min dörd yüz on beş manat dörd qəpik) manat məbləğində kredit bоrcunun yarandığını, Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalanın müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, Borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26 oktyabr 2022-ci il tarixli, 100804-165381/2 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə bu Müqaviləyə uyğun olaraq Bank bu Müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə Borcalana kredit verir. Borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin “Ümumi Şərtləri” (bundan sonra-Ümumi Şərtlər) və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini Banka qaytarır, kreditə hesablanmış faziləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faziləri Banka ödəyir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən “Bank” tərəfindən “Borcalan”a şəxsi istehlak məqsədilə 36 ay müddətinə, illik 20.5 % dərəcəsi ilə 3000.00 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Kreditin Borcalan tərəfindən qaytarılması və kredit üzrə faizlərin ödənilməsi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş planına əsasən, İddiaçı ASC tərəfindən oğluna aylıq 20.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025-ci il tarixləri ərzində ayda 112.26 manat, xx.xx.2025-ci tarixində isə 112.10 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Kreditin verilməsi haqqında qəbzin surətindən görünür ki, 26 oktyabr 2022-ci il tarixdə Cavabdeh oğluna imza etdirilməklə 3000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024cü il tarixə Banka 2120.26 manat əsas borc, 294.78 manat faiz borcu olmaqla cəmi 2415.04 (iki min dörd yüz on beş manat dörd qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “Expressbank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Expresspay elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 44.56 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2022-ci il tarixli, 100804-165381/2 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi ilə illik faiz dərəcəsi 20.5% olmaqla 36 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı kreditləri faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025-ci il tarixləri ərzində ayda 112.26 manat, xx.xx.2025-ci tarixində isə 112.10 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmış, buna görə də İddiaçı ASC Borcalana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 44.56 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 26 oktyabr 2022-ci il tarixli, 100804-165381/2 saylı Kredit Müqaviləsinə əsasən 2120.26 manat məbləğində əsas borc 294.78 manat faiz borcu olmaqla, cəmi 2415.04 (iki min dörd yüz on beş manat dörd qəpik) manat borc və 44.56 (qırx dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2459.6 (iki min dörd yüz əlli doqquz manat altmış qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284- 6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 oktyabr 2022-ci il tarixli, 100804-165381/2 saylı Kredit Müqaviləsinə əsasən 2120.26 (iki min yüz iyirmi manat iyirmi altı qəpik) manat məbləğində əsas borc, 294.78 (iki yüz doxsan dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu, cəmi 2415.04 (iki min dörd yüz on beş manat dörd qəpik) manat borc və 44.56 (qırx dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2459.6 (iki min dörd yüz əlli doqquz manat altmış qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar