Məhkəmə qərarları › İş №e-2(110)-575/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-575/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-575/2022 30.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” tələbi barədə iddi ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 2756.83 AZN məbləğində əsas borc, 268.96 AZN məbləğində faiz borcu, 206.80 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3232.59 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 52.33 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh (bundan sonra Cavabdeh) oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən istehlak məqsədilə 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit borcunun qaytarılmasını cavabdehin öz üzərinə götürdüyünü, lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etmədiyini və bunun nəticəsində cavabdehin banka 2756.83 AZN məbləğində əsas borc, 268.96 AZN məbləğində faiz borcu, 206.80 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3232.59 AZN məbləğində borcu qaldığını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsi olduğunu, həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit kredit alan tərəfindən icra edildikdən sonra Bank tərəfindən kredit alanın müvafiq cari hesabına köçürmə yolu ilə verildiyini, kredit uçotu kredit alanın müvafiq ssuda hesabında aparıldığını, kredit alan müqavilə üzrə ayrılmış kredit vəsaitlərinin cari hesabından kart hesabına akseptsiz qaydada köçürülməsinə razılıq verdiyini qeyd edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı nağd pul krediti müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə banka borclu olduğu 2756.83 AZN məbləğində əsas borc, 268.96 AZN məbləğində faiz borcu, 206.80 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3232.59 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 52.33 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 04 avqust 2022-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. İş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin 2 №-li “Gənclik” filialı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı “Nağd pul krediti müqaviləsi” bağlanmışdır. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3, 2.4-cü bəndlərinə əsasən “Bank” tərəfindən “Kredit alana” istehlak məqsədi ilə illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.7-ci bəndinə əsasən “Bank” tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi üçün verilən məbləğin 1 %-i məbləğində komisyon haqqı tutur. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən bu Müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və “Kredit alan” tərəfindən ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024 tarixləri ərzində ayda 114.6 manat, xx.xx.2024 tarixində isə 115.42 manat olmaqla, cəmi 4126.42 manat məbləğində krediti İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 3000 manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh tərəfindən isə onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh Banka ödənilməmiş 2756.83 manat əsas borc, 268.96 manat faiz borcu, 206.80 manat cərimə olmaqla, cəmi 3232.59 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 52.33 manat dövlət rüsumu ödəmişdir . İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə göndərilmişxx.xx.2022-ci il tarixli pretenziya məktubundan və poçt qəbzindən aydın olur ki, iddiaçının nümayəndəsi mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh müqavilə üzrə yaranmış 3032.64 manat məbləğində borcunu 3 (üç) gün müddətində ödəmədiyi təqdirdə Bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlər görəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin 2 №-li “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən Bank tərəfindən Cavabdeh istehlak məqsədi ilə 36 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2024 tarixləri ərzində ayda 114.6 manat, xx.xx.2024 tarixində isə 115.42 manat olmaqla, cəmi 4126.42 manat manat pulu İddiaçı ASC-nin 2 №-li “Gənclik” filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edirəm ki, Cavabdeh İddiaçı ASC ilə aralarında sadə yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin iddia tələbinin müqavilə üzrə hesablanmış 206.80 manat cərimənin tutulması hissəsinə gəldikdə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 206.80 manat cərimənin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin 20 (iyirmi) manat həcmində müəyyənləşdirilməsini ədalətli hesab edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən, iddiaçının iddia tələbi qismən təmin edilməklə Cavabdeh xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən əsas borc üzrə 2756.83 (iki min yeddi yüz əlli altı manat səksən üç qəpik) manat, faiz borcu üzrə 268.96 (iki yüz altmış səkkiz manat doxsan altı qəpik) manat, cərimə olaraq 20 (iyirmi) manat olmaqla, ümumilikdə 3045.79 (üç min qırx beş manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 52.33 manat dövlət rüsumunun 3.03 manatı iddiaçıya aid edilməli, 49.30 manatı isə cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 331938-CNS-27030 saylı “Nağd pul kredit müqaviləsi”nə əsasən əsas borc üzrə 2756.83 (iki min yeddi yüz əlli altı manat səksən üç qəpik) manat, faiz borcu üzrə 268.96 (iki yüz altmış səkkiz manat doxsan altı qəpik) manat, cərimə olaraq 20 (iyirmi) manat, cəmi 3045.79 (üç min qırx beş manat yetmiş doqquz qəpik) manat və ödənilmiş 52.33 (əlli iki manat otuz üç qəpik) manat dövlət rüsumunun 49.30 (qırx doqquz manat otuz qəpik) manatı olmaqla, ümumilikdə 3095.09 (üç min doxsan beş manat, doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar