Məhkəmə qərarları › İş №e-2(110)-576/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-576/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-576/2024 17.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4852.00 AZN əsas kredit borcu, 316.83 AZN kreditdən istifadəyə görə faiz borcu və 7.88 AZN cərimə borcu olmaqla,cəmi 5176.71 AZN və iddianın verilməsi üçün ödənilmiş 71.77 AZN dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində 45051***-*******02L saylı xx.xx.2023-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2033-ci il tarixədək 50000.00 AZN məbləğində kredit limiti ayrıldığını, Cavabdeh həmin kredit limiti müqaviləsi çərçivəsində bankdan xx.xx.2027-ci il tarixədək qaytarmaq və illik 17.00 % ödəmək şərti ilə xx.xx.2023-ci il tarixdə aldığı 5000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 06-dək ayda 144.31 AZN ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyini, Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan borcun məbləği) əsas borc üzrə 4852.00 AZN; b) faizlər üzrə 316.83 AZN;) cərimə borcu üzrə 7.88 AZN təşkil etdiyini, Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün cavabdehə poçt vasitəsilə pretenziya göndərildiyini, lakin borc ödənilmədiyini,.odur ki, borcun ondan məhkəmə qaydasında tutulmalı olduğunu bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində mülki işin hazırkı iclasına və sonrakı məhkəmə iclaslarını (olduğu təqdirdə) nümayəndənin iştirakı olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş sübutlardan aydın olur ki, İddiaçı ASC-nin “Naxçıvan” filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 45051023-********** nömrəli Əsas Kredit Limiti Razılaşmasına dair müqavilə bağlanmışdır. Həmin Müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu əsas kredit limiti razılaşmasına əsasən Kreditverən Borcalana 50000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixinədək kredit limiti açır ve kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdesinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət ((Kreditverənin mobil tətbiqetməsi və www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kreditverənin 9144 qısa nömrəsinə va ya +**********44 mobil nömrəsinə "şəxsiyyət vəsiqəsinin FiN kodu"nu yazaraq göndərmək) etmək hüququna malikdir. Həmin Müqavilənin 1.2-ci maddəsinin bu əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 10 (on) % - max. 29 (iyirmi doqquz) %-dir. Həmin Müqavilənin 1.3-cü maddəsinin əsas borc va faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə Kreditverənə geri qaytarılacaqdır. Həmin Müqavilənin 1.4-cü maddəsinə əsasən bu əsas kredit limiti razılaşması çərçivəsində veriləcək keditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən artıq olmayacaqdır. Həmin Müqavilənin 2.1-ci maddəsinə əsasən kredit Kreditverən tərəfindən Borcalana AZ87BRES******************** nömrəli cari hesabına köçülürməklə veriləcəkdir və kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir. Həmin Müqavilənin 2.2-ci maddəsinə əsasən kredit limiti razılaşmanın 1.1-ci bəndinə əsasən borcalana kreditin verilməsi barədə onun kreditverənə təqdim etdiyi OMTA-da qeyd olunan mobil nömrəsinə özündə veriləcək kreditin məbləğinin illik faiz dərəcəsini, müddətini müvafiq xidmət haqqını və məlumatları əks etdirən SMS göndərilən borcalan SMS-də qeyd edilən məbləğdə və şərtlə kreditin verilməsinə razılığını ifadə etdikdən sonra (Kreditverənin 9144 qısa nömrəsinə va ya +**********44 mobil nömrəsinə təsdiq SMS-nin göndərilməsi və.s) bu əsas kredit razılamşasının 2.1-ci bəndinə uyğun olaraq kredit verilir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən göndərilmiş SMS bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə 17 % dərəcəsilə, aylıq 144.3 manat ödəmək şərtilə 5000 manat kreditin verilməsi təklif edilmiş, Cavabdeh tərəfindən isə kreditin verilməsi qəbul edildiyindən kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023 – xx.xx.2024-cü il tarixli hesab üzrə çıxarışlardan görünür ki, Cavabdeh 5000 manat kreditin verilməsi təmin edilmiş və o, onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 4852 manat məbləğində əsas borc, 316.83 manat məbləğində faiz borcu və 7.88 manat məbləğində cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli pretenziyanın məzmunundan görünür ki, onun müqaviləyə əsasən Banka 4852 manat əsas, 291.06 manat faiz və 5.13 manat məbləğində cərimə borcunun olduğunu, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün onunla bağlanmış kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini və kredit borcunun 3 gün müddətində ödənilməsini ondan tələb etmiş, eyni zamanda əks təqdirdə borc tələbi ilə bağlı məhkməyə müraciət olunacağı, borcdan əlavə məhkəmə xərclərinində ondan tutulacağı barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən dövlət büdcəsinin AZ60AİİB**********3360201133 xəzinə hesabına ********** nömrəli qəbzlə 71.77 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 45051023-********** nömrəli müqavilə əsasən Bank tərəfindən SMS bildiriş vasitəsilə Cavabdeh 48 ay müddətinə 17 % dərəcəsilə, aylıq 144.3 manat ödəmək şərtilə 5000 manat kreditin verilməsi təklif edilmiş, Cavabdeh tərəfindən isə kreditin verilməsi qəbul edildiyindən kreditin verilməsi təmin edilmişdir. Lakin “Borcalan” istifadə etdiyi krediti və həmin kreditə görə nəzərdə tutulmuş faizləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu kreditverənə ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbi üzrə faiz borcunun tutulması hisəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı cavabdehdən 316.83 manat məbləğində faiz borcu tələb etsədə, hazırki tələblə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixli bildiriş göndərərək onun müqaviləyə əsasən Banka 4852.0 manat əsas borcu, 291.06 manat kreditdən istifadəyə görə faiz borcu və 5.13 manat cərimə borcu olmaqla, cəmi 5148.19 manat borcu olduğunu, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün onunla bağlanmış kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini və 3 gün müddətində göstərilən məbləğdə borcunun Banka ödəməsini ondan tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Həmçinin həmin qərarda bildirmişdir ki, göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə əsaslanaraq hesab edir ki, iddiaçı cavabdehdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, cavabdehin müqavilə ləğv edilinədək Banka olan faiz borcu 291.06 manat məbləğində olsa da, Bank müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 316.83 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb edə biləcəyi faiz borcunun məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək mövcud olan həddə, yəni 291.06 manat məbləğində təmin edilməlidir. Məhkəmə iddia tələbi üzrə cərimə borcu ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 71.77 manat məbləğində dövlət rüsumunun 0.36 manatı iddiaçıya aid edilməli, 71.41 manatı isə Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri” qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli 45051023-********** nömrəli Əsas Kredit Limiti Razılaşmasına dair müqavilə üzrə Cavabdeh 4852 manat məbləğində əsas borc, 291.06 manat məbləğində faiz borcu və 7.88 manat məbləğində cərimə, cəmi 5150.94 manat məbləğində borc və 71.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun 71.41 manatı olmaqla, ümumilikdə 5222.35 (beş min iki yüz iyirmi iki manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 45051023-********** nömrəli Əsas Kredit Limiti Razılaşmasına dair müqavilə üzrə 4852 manat əsas kredit borcu, 291.06 manat faiz borcu və 7.88 manat cərimə olmaqla, cəmi 5150.94 manat borc və 71.77 manat məbləğində ödənilmiş dövlət rüsumunun 71.41 manatı olmaqla, ümumilikdə 5222.35 (beş min iki yüz iyirmi iki manat, otuz beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar